Bakıətrafı ərazilərdə sulu qar yağacaq

Redaktor

27.12.2025 15:46
105

Bakıətrafı ərazilərdə sulu qar yağacaq

Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək.

Bu barədə Valyuta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət 80-85% təşkil edəcək.

Həmçinin vurğulanıb ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakı metrosundan xəbərdarlıq – Bu halda kartınız bloklanacaq

28.12.2025

Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq

28.12.2025

İKZF xətti ilə verilən kreditlərin həcmi azalıb, istiqraz buraxılışı isə artıb

27.12.2025

Heç bir universitet oxumadan dünya iqtisadiyyatına təsir edən insanlar

27.12.2025

Mənzil bazarında qiymətlər niyə artıb? - VİDEO

27.12.2025

Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açır - KİV

27.12.2025

Bu marşrutda istismar olunan avtobuslar yenilənir

27.12.2025

Bir ildə Azərbaycanda istifadəyə verilən müəssisələr

27.12.2025

“iPhone Fold” belə olacaq - Fotolar

27.12.2025

Bakıətrafı ərazilərdə sulu qar yağacaq

27.12.2025

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

27.12.2025

Mədəniyyət Nazirliyinin tabeliyindəki daha bir şirkətin rəhbərliyi dəyişib

27.12.2025

Bayramda Qarabağa getmək istəyənlərin nəzərinə! - DİN-dən müraciət

27.12.2025

Mədəniyyət Nazirliyində yeni təyinat: "Azərbərpa"ya direktor təyin edilib

27.12.2025

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açdı: Saxlanılanlar var

27.12.2025

Sahil Babayevdən yeni təyinat

27.12.2025

"AzeLab"ın rəhbərliyi dəyişib

27.12.2025

Manatın dövretmə sürəti azalıb

27.12.2025

Yaponiyada evlərdə internet ultra-sürətli olacaq

27.12.2025

Avropa təcrübəsi Azərbaycanda tətbiq ediləcək? - İş saatlarının dəyişdirilməsi ilə bağlı gözləntilər

27.12.2025

Məzənnə

Yüklənir...