Redaktor
Bakıda ən ucuz iftar menyusu hansı restorandadır? – QİYMƏTLƏR
Bu gün Müqəddəs Ramazan ayının ilk günüdür. Paytaxt sakinlərinin bəziləri iftar etmək üçün restoranlara üz tutacaqlar. Bəzi restoranlar da iftar menyusu ilə müştərilərə müxtəlif növ yeməklər təklif edirlər.
Valyuta.az Bakıda yerləşən bəzi restoranların iftar menyularının qiymətlərini təqdim edir.
Kolorit Kafe
Kolorit Kafenin bütün filiallarında iftar menyusu 22 manata təklif olunur.
Menyu şorba, salat, ana yemək, qarnir, qəlyanaltı, içki, meyvə, və desertdən ibarətdir.
Özsüt Baku
33 manatlıq iftar menyusuna şorba, məzə, salat, ana yemək, içki, dondurma və çay ilə şirniyyat daxildir.
Qeyd edək ki, iftar menyuları yalnız Özsüt Atatürk parkında keçərli olacaqdır. Öncədən rezervasiya mütləqdir.
Mado Azərbaycan
Madu Azərbaycan restoranında bir nəfərlik iftar menyusunun qiyməti 19.50 manat təşkil edir. Bu menyuya günün kababı, şorba seçim ilə (mərcimək, brokoli və ya qaymqalı göbələk), qarnir seçim ilə (düyü və ya kəndsayağı kartof), su, xurma, fincanda çay daxildir.
Museum İnn Baku
Bir nəfər üçün iftar menyusunun qiyməti 32 manat təşkil edir (10% servis haqqı).
Menyuya şorba, pendirli börək, plov, qəlyanaltılar (pomidor əzməsi, haydari, yarpaq sarması, gavurdağ salatı, manqal salatı, pendir, zeytun, xiyar, pomidor, çörək) və somavar çayı ilə şirniyyat daxildir.
Grace Terrace
İftar menyusunun qiyməti bir nəfər üçün 28 manatdır. Menyuya xurma, qara və yaşıl zeytun, xiyar, pomidor, göyərti, alça turşusu, xiyar turşusu, pomidor turşusu, limon, holland pendiri, ağ pendir, təndir çörəyi, qara çörək, lavaş, şorbalardan mərci və düşbərə, toyuq kababı, tikə kababı, lülə kababı (iki tikə), tərəvəz kababı, qazsız su, meyvə şirəsi, ayran, çay, mürəbbə daxildir.
PapaJohns
İftar menyusu 39 manata təklif olunur. Bu menyuya 2 ədəd orta pizza, 2 ədəd qəlyanaltı, salat və üç içki daxildir.
Kampaniya ramazan ayı boyunca restoran içi, al-apar və çatdırılma üçün keçərlidir. Kampaniyaya 0.5 litr həcmli qazlı içkilər və ayran daxildir.
Pizza Mizza
Bir nəfərlik iftar menyusu 9.90 manata təklif olunur. Menyuya 25 sm pizza, şorba, su və xurma daxildir. İki nəfərlik iftar menyusuna 35 sm pizza, 2 şorba, 2 su, xurma daxildir. Bu menyu 19.90 manata təklif olunur.
Hər gün 18:30-dan 21:30-a kimi bu menyudan istifadə etmək olar.
Dafne Restaurant
Bir nəfərlik iftar menysunun qiyməti 25 manat təşkil edir. Menyuya şorbalardan (süzmə, mərci, toyuq şorbası), salatlardan (mövsümi, çoban salatı), içli köftə, ana yeməklərdən (izqara, tava və ya təndir yeməyi), içkilərdən (çay, ayran, fanta, kola, sprite), desertlərdən (sütlac, künəfə, türk paxlavası, qozlu kadaif, rəvani) daxildir.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı
01.04.2026“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb
01.04.2026"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi
01.04.2026"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb
01.04.2026Sığorta bazarı kiçildi - 3 milyonluq itki - RENKİNQ
01.04.2026Sabah 25 dərəcə isti olacaq
01.04.2026"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO
01.04.2026
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi
01.04.2026Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir
01.04.2026"OpenAI"nin dəyəri 852 milyard dollara çatdı, amma hələ də mənfəət əldə edə bilmir
01.04.2026Xarici şirkətin avtomobilləri 50% endirimlə satışa çıxarılır
01.04.2026“9fin” şirkəti 170 milyon dollar investisiya alıb
01.04.2026Aprel ayına olan hava proqnozu açıqlandı
01.04.2026