Redaktor
Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"
2025-ci ilin mayında keçirilən "Berkshire Hathaway" şirkətinin illik yığıncağında milyarder Vorren Baffet yalnız təqaüdə çıxacağını elan etməklə kifayətlənməyib, həm də şəxsi tövsiyəsini paylaşıb - "Becoming Katharine Graham" adlı sənədli filmi izləməyi məsləhət görüb.
Valyuta.az xəbər verir ki, bu barədə CNBC xəbər yayıb.
"Becoming Katharine Graham" filminə baxın, siz heyrətamiz bir hekayə görəcəksiniz", deyə Baffet bildirib və filmin istehsalına maliyyə baxımından heç bir marağının olmadığını vurğulayıb.
"Fikrimcə, hər bir amerikalı vətəndaş bu filmi izləməlidir", deyə o əlavə edib.
Film "The Washington Post" qəzetinin əfsanəvi nəşriyyatçısı və "Fortune 500" siyahısında ilk qadın baş direktor olan Ketrin Qrehemin həyatı və karyerasından bəhs edir. Məhz onun rəhbərliyi dövründə qəzet "Pentaqon sənədləri" və "Uotergeyt işi" ilə bağlı məlumatları ifşa edib.
Uorren Baffetin Qrehemlə yaxın əlaqələri olub. O, 1973-cü ildə "The Washington Post Company" şirkətinə 11 milyon dollar sərmayə yatırıb.
"Şirkət ciddi şəkildə dəyərindən aşağı qiymətləndirilib", deyə Baffet həmin vaxt Qrehemə yazıb və ona rəhbər kimi dəstəyini bildirib.
Baffet 2011-ci ilə qədər - təxminən 40 il ərzində şirkətin direktorlar şurasında çalışıb. Filmdə Ketrin Qrehem belə xatırlayır: "Bu, sanki Uorren Baffetlə birlikdə biznes məktəbində oxumaq kimi idi".
2013-cü ildə keçirilən yığıncaqda Baffet vurğulamışdı: "İnkişaf doğru istiqamətdə gedir... Amma istəyirəm ki, bu istiqamətdə hərəkət davam etsin və daha da sürətlənsin". Bu sözlərlə o, qadınların biznes rəhbərliyində artan iştirakına diqqət çəkmişdi.
"Fortune 500" siyahısında qadın baş direktorların sayı 2013-cü ildəki 20 nəfərdən 2024-cü ildə 52 nəfərə yüksəlib.
Paşa Məmmədi
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025