Azərbaycanda saatlıq əməkhaqqı - Kimlərin maaşı artacaq?

Redaktor

19.06.2025 15:57
229

Azərbaycanda saatlıq əməkhaqqı - Kimlərin maaşı artacaq?

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı müzakirələr aktuallaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid bir neçə ildir müzakirə edilir. Xarici ölkələrdə saatlıq əməkhaqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. 

Qeyd edək ki, yaxın illərdə ölkədə bu sistemə mərhələli şəkildə keçidin baş verəcəyi ehtimal olunur.

“Düşünürəm ki, əməliyyat sisteminin dəyişdirilməsi və saatlıq əmək haqqı sisteminə keçidlə bağlı qərarın qəbul edilməsi, ilk növbədə beynəlxalq qurumların tələblərinin icrası və reytinq qiymətləndirmə metodologiyalarının öhdəliklərinə uyğunluq baxımından gündəmə gəlib”.

Valyuta.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələ ilə bağlı müəyyən addımlar atılıb və Əmək Məcəlləsində saatlıq əmək haqqının hesablanmasına dair metodologiyanın hazırlanması nəzərdə tutulub:

“Bu proses, təbii ki, mühasibatlıq sahəsində inzibati yük yaradır və bəzi hallarda texniki çətinliklər və anlaşılmazlıqlara səbəb olur. Öz növbəsində bu problem həll ediləcəkdir.  Lakin əgər bu keçid düzgün tənzimlənərsə və şəffaflıq təmin olunarsa, əmək bazarında əlavə iş saatlarının və faktiki əmək haqqının daha dəqiq hesablanması üçün əsas yarana bilər”.

İqtisadçı əlavə olaraq bildirib ki, saatlıq əmək haqqı sisteminə keçidin əmək haqqının artımına birbaşa təsiri yoxdur:

“Bu, yalnız o halda mümkün olar ki, saatlıq minimum əmək haqqının hesablanmasında nəzərə alınan meyarlar artırılsın. Məsələn, hazırda 400 manatlıq aylıq minimum əmək haqqı əmək saatlarının sayına bölünərək saatlıq məbləğ müəyyən olunarsa, bu, real təsir göstərməyə bilər. Əgər saatlıq minimum əmək haqqı indiki göstəricilərlə müqayisədə iki dəfə artırılarsa, bu, daha məqsədəuyğun olar”.

R.Həsənov həmçinin vurğulayıb ki, bu yanaşma həm də hökumətin strateji hədəfi olan minimum əmək haqqının orta aylıq əmək haqqının 65%-nə çatdırılması məqsədinə xidmət edə bilər:

“Eyni zamanda, bu dəyişikliklər əhalinin, xüsusilə orta statistik məşğul şəxslərin ailə büdcəsinin əsas ehtiyaclarını qarşılaması baxımından da vacibdir. Mövcud qiymət artımı  fonunda bu, sosial sabitliyin qorunması üçün əhəmiyyətlidir”.

“Lakin ümumilikdə qeyd etmək lazımdır ki, əgər yeni metodologiya tətbiq edilərkən şəffaflıq təmin olunmasa və əsas indikatorlar kifayət qədər yüksək səviyyədə müəyyənləşdirilməsə, bu dəyişiklik əmək haqqının real artımına səbəb olmayacaq”,- deyə iqtisadçı bildirib”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşsiz qalan bir milyon işçi: Bütün günah süni intellektin üstünə atıla bilərmi?

26.12.2025

Tesla səhmlərində minlərlə dollar zərərə səbəb olan 4 əsas səhv

26.12.2025

"Chrome" mağazasında 7 ildir gizlənən təhlükə: Pulla satılan əlavələr casus çıxdı

26.12.2025

O sizin dostunuz deyil: ChatGPT haqqında 4 narahatedici fakt

26.12.2025

Bütün şirkətlər işçilərə bonus verə bilər?

26.12.2025

Mark Kuban yeni məzunlara böyük şirkətlər əvəzinə kiçik bizneslərdə işləməyi tövsiyə edir

26.12.2025

Azərbaycanda viski istehsalı 48% azalıb

26.12.2025

Çin bağlantılı yeni təhdid qrupu: Bulud xidmətlərini casusluq üçün istifadə edirlər

26.12.2025

"Apple" uğursuz "iPhone"a daha bir şans vermək qərarına gəldi

26.12.2025

200 milyon istifadəçisi olan kripto pulqabı hekləndi - 7 milyon dollarlıq itki

26.12.2025

"Tesla" qapı tutacaqları böhranı dərinləşir: İlon Mask hər şeydən xəbərdar idimi?

26.12.2025

“Azərenerji” Ələtlə bağlı 8 milyonluq tender elan etdi

26.12.2025

Sadə ideyadan yaranan milyard dollarlıq biznes

26.12.2025

2026-cı ildə bu ölkələrə səyahət bahalaşacaq - SƏBƏB

26.12.2025

Nazir: AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi bizdə çox ciddi suallar doğurur

26.12.2025

Ceyhun Bayramov: Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır

26.12.2025

İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı Prezident sərəncam imzaladı

26.12.2025

Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər - QİYMƏTLƏR

26.12.2025

Azərbaycanı 14 mindən çox işsiz ziyarət edib

26.12.2025

Bakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT

26.12.2025

Məzənnə

Yüklənir...