Redaktor
Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 37000:2021 “Governance of organizations. Guidance” beynəlxalq standart əsasında AZS ISO 37000:2024 “Korporativ idarəetmə. Rəhbəredici göstərişlər” yeni dövlət standartı qəbul edilib.
Valyuta.az-ın Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, dövlət standartı idarəetmə orqanlarında vəzifələrin effektiv, diqqətli və səmərəli formada yerinə yetirilməsini, o cümlədən, idarəetmə prosesində inam, inklüzivlik, hesabatlılıq, etibarlılıq, operativlik, şəffaflıq və ədalətliliyi artırılmasını təmin edəcək idarəçilik prinsiplərini müəyyənləşdirir.
Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda korporativ idarəetmə prosedurlarını beynəlxalq tələblərə uyğunlaşdırmaqla maliyyə-iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasına, risklərin effektiv idarə olunmasına, etibarlı daxili nəzarət sisteminin yaradılmasına imkan verəcək.
Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?
09.03.2026G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq
09.03.2026Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq
09.03.2026ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir
09.03.2026Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası
09.03.2026Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır
09.03.2026İlham Əliyev Müctəba Xameneyini təbrik edib
09.03.2026"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"
09.03.2026Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"
09.03.2026Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır
09.03.2026Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?
09.03.2026Sabah hava necə olacaq?
09.03.2026Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı
09.03.2026Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar
09.03.2026KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib
09.03.2026Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq
09.03.2026"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb
09.03.2026Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib
09.03.2026"Brent" neftinin qiyməti 118 dolları ötüb
09.03.2026