Azərbaycanda Çin şirkəti tərəfindən elektrik avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Redaktor

06.02.2025 10:50
185

Azərbaycanda Çin şirkəti tərəfindən elektrik avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Cari ildə Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov brifinqdə çıxışı zamanı bildirib.

“Artıq şirkətin istehsalı üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin investisiya həcmi 29 milyon manatdan çoxdur”, - deyə S.Adıgözəlov qeyd edib.

©azərtac

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...