Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - SİYAHI

Redaktor

24.07.2025 15:00
119

Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - SİYAHI

Ötən il Azərbaycanda 25 min 929 yaşayış evi tikilərək istifadəyə verilib.

İstifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 895,5 min kv. metr olub.

Qeyd edək ki, evlərin 11 min 522-ni fərdi yaşayış evləri (həyət evləri) təşkil edib. Bundan başqa yaşayış evlərinin 2 min 431-i dövlət, 11 min 996-sı özəl şirkətlər, 11 min 502-si isə əhali tərəfindən inşa olunub.

Məlumat üçün bildirək ki, əhali tərəfindən inşa olunan fərdi yaşayış evlərinin ümumi sahəsi 1 milyon 690 min kv. metr olub. Bir ədəd fərdi yaşayış evinin inşası üçün orta hesabla 67,4 min manat, bir kv. metr yaşayış sahəsinin inşası üçün isə 459 manat vəsait xərclənib.

Paytaxt Bakıda bir kv. metr yaşayış sahəsinin inşası üçün isə 530 manat vəsait xərclənib.

Müqayisə üçün bildirək ki, Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi üçün ən çox vəsait Sumqayıt şəhərində, ən az vəsait isə Neftçala rayonunda xərclənib. Sumqayıt şəhərində fərdi yaşayış evlərinin bir kv. metri üçün orta hesabla 700, Neftçala rayonunda isə 178 manat xərclənib.

Onu da bildirək ki, ötən il əhali tərəfindən 13 şəhər və rayonda fərdi yaşayış evi tikilərək istifdadəyə verilməyib. Bu şəhər və rayonlardan 10-u işğaldan azad olunan ərazilər olub. Ötən il işğaldan azad olunan rayonlar arasında yalnız Füzuli (21 ədəd ev) və Ağdam (13 ədəd ev) rayonunda fərdi yaşayış evi inşa olunaraq istifadəyə verilib.

Azərbaycanın şəhər və rayonlarında əhali tərəfindən tikilən fərdi yaşayış evlərinin bir kv. metri üçün xərclənən vəsaitin orta məbləği aşağıdakı kimi olub:

Sumqayıt şəhəri – 700 manat;

Lənkəran rayonu – 650 manat;

Mingəçevir şəhəri – 630 manat;

Qəbələ rayonu – 585 manat;

Goranboy rayonu – 575 manat;

Şəmkir rayonu – 560 manat;

Şamaxı rayonu – 560 manat;

Masallı rayonu – 560 manat;

Bakı şəhəri – 530 manat;

Samux rayonu – 525 manat;

Balakən rayonu – 500 manat;

Zaqatala rayonu – 490 manat;

Naxçıvan – 470 manat;

Abşeron rayonu – 470 manat;

Biləsuvar rayonu – 467 manat;

Qax rayonu – 455 manat;

Beyləqan rayonu – 452 manat;

Xızı rayonu – 452 manat;

Şəki rayonu – 450 manat;

Astara rayonu – 450 manat;

Ağdaş rayonu – 450 manat;

Tərtər rayonu – 418 manat;

Quba rayonu – 405 manat;

Ağstafa rayonu – 400 manat;

Bərdə rayonu – 390 manat;

Göygöl rayonu – 390 manat;

Şirvan şəhəri – 380 manat;

İsmayıllı rayonu – 373 manat;

Xaçmaz rayonu – 370 manat;

Kürdəmir rayonu – 370 manat;

Gədəbəy rayonu – 356 manat;

Ağdam rayonu – 351 manat;

İmişli rayonu – 345 manat;

Qobustan rayonu – 336 manat;

Ağsu rayonu – 335 manat;

Şabran rayonu – 331 manat;

Oğuz rayonu – 330 manat;

Saatlı rayonu – 310 manat;

Zərdab rayonu – 306 manat;

Ucar rayonu – 297 manat;

Tovuz rayonu – 292 manat;

Cəlilabad rayonu – 290 manat;

Siyəzən rayonu – 285 manat;

Qusar rayonu – 280 manat;

Göyçay rayonu – 265 manat;

Lerik rayonu – 254 manat;

Qazax rayonu – 250 manat;

Ağcabədi rayonu – 234 manat;

Salyan rayonu – 220 manat;

Yardımlı rayonu – 220 manat;

Yevlax rayonu – 196 manat;

Sabirabad rayonu – 185 manat;

Hacıqabul rayonu – 170 manat;

Neftçala rayonu – 178 manat.

©Yeniavaz.com

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərnişin daşınmalarında 59 milyonluq artım

08.12.2025

İşdə daha sürətli işləmək və səmərəliliyi artırmağın 10 yolu - SƏHƏR OXUSU

08.12.2025

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

Məzənnə

Yüklənir...