Azərbaycanda bu şəxslər 600 manat alacaq

Redaktor

19.05.2025 12:29
267

Azərbaycanda bu şəxslər 600 manat alacaq

Azərbaycanda mövcud müavinət növlərindən biri də işğaldan azad edilmiş ərazilərdə çalışan şəxslər üçün nəzərdə tutulub.

Valyuta.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu, birdəfəlik müavinətdir və sözügedən ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə verilir.

Müavinətin məbləği 600 manatdır.

Həmin mütəxəssis üç şərtə cavab verməlidir:

Birincisi, peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədinə malik olmalıdır. Yəni işçi yalnız orta məktəbi bitiribsə, o zaman işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis sayılmayacaq.

İkincisi, işçinin əmək stajı nəzərə alınır. Onun son 60 ay ərzində (son 5 ildə) fasiləli və ya fasiləsiz ən azı 24 ay əmək stajı olmalıdır.

Üçüncüsü, işçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs olmalıdır.

Necə əldə etmək olar?

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Nə zaman təyin olunur?

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İmtina edilməsi barədə qərar qəbul edildikdə isə, 5 gün müddətində səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bundan əlavə, müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

Qeyd edək ki, müavinət almaq hüququ olanlar – Azərbaycan vətəndaşları, əcnəbilər və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərdir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ölkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?

09.03.2026

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

09.03.2026

Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası

09.03.2026

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

09.03.2026

İlham Əliyev Müctəba Xameneyini təbrik edib

09.03.2026

"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"

09.03.2026

Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"

09.03.2026

Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır

09.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

09.03.2026

Sabah hava necə olacaq?

09.03.2026

Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı

09.03.2026

Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar

09.03.2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

09.03.2026

Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

09.03.2026

"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb

09.03.2026

Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib

09.03.2026

"Brent" neftinin qiyməti 118 dolları ötüb

09.03.2026
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

09.03.2026

Məzənnə

Yüklənir...