9 yaşında kompüter təmir etməyə başladı, 21 yaşında şirkət qurdu - Gənc sahibkarın uğur hekayəsi

Redaktor

24.07.2025 15:35
134

9 yaşında kompüter təmir etməyə başladı, 21 yaşında şirkət qurdu - Gənc sahibkarın uğur hekayəsi

Uşaqlıqda çətinlik yaşamış, yoxsulluğun, imkansızlığın içində böyümüş insanların uğura gedən hekayələri biznes dünyasında az deyil. Onlar arasında elələri var ki, həyatın ən ağır üzünü görüb, amma geri çəkilmək əvəzinə irəli atılıb. Freddi Figgerz (Freddie Figgers) də məhz belə insanlardandır.

Valyuta.az Freddi Figgerzin yoxsulluqdan texnologiya nəhənginə çevrilən ilhamverici həyat hekayəsini təqdim edir.

Doğulandan dərhal sonra zibil qutusuna atılan bu uşaq illər sonra milyonlarla dollar dəyərində texnologiya şirkəti quraraq ABŞ tarixində mobil rabitə operatoruna sahib ilk afroamerikalı sahibkar olub. Bu gün onun təsis etdiyi “Figgers Communication” şirkəti təkcə telekommunikasiya sahəsində deyil, həm də sosial məsuliyyət və insani dəyərlərlə bağlı örnək kimi tanınır.

Uşaqlıqdan başlayan maraq ideyalar yaratdı 

1989-cu ildə Florida ştatında dünyaya gələn Freddinin həyatı doğulduğu an dəyişir. Doğulandan bir neçə saat sonra atılan Freddi Nathan və Betty Mae Figgers adlı bir ailə tərəfindən övladlığa götürülür. 

Freddi uşaq yaşlarından məhz texnologiyaya maraq göstərir. Bu maraq gələcəkdə onun həyat yolunu dəyişəcəkdi. 9 yaşında istifadəyə yararsız bir “Macintosh” kompüterini təmir edən Freddi 12 yaşında artıq kompüterləri təmir edib pul qazanmağa başlayır. 15 yaşında isə həyətində yerləşdirdiyi balaca bir konteynerdə öz texnoloji biznesini qurur.

İlk icadını 2.2 milyon dollara satır

Freddinin ilk böyük icadı atası üçün hazırladığı GPS izləyicili, iki tərəfli səsli əlaqəyə malik ağıllı ayaqqabı olub. “Alzheimer” xəstəliyindən əziyyət çəkən atasının itməsinin qarşısını almaq üçün hazırladığı bu cihaz daha sonra 2.2 milyon dollara satılıb. Daha sonra isə şəkər xəstəsi olan yaxın qohumu üçün uzaqdan qlükoza səviyyəsini izləməyə imkan verən “ağıllı glucometer” cihazını icad edib. Cihaz qanda şəkərin təhlükəli həddə çatdığı anda avtomatik xəbərdarlıq göndərirdi.

Bütün bu təşəbbüslər və ixtiralar Freddi Figgerzi biznes dünyasına hazırlaşdırır, yeni nəslin texnologiya yönümlü sahibkarına çevirirdi.

Beləliklə, Freddi 2011-ci ildə “Figgers Communication” adlı telekommunikasiya şirkətini təsis etdi. O, bu addımı 21 yaşında ABŞ Federal Rabitə Komissiyasından lisenziya alaraq əldə etmişdi. Bu addım onu ABŞ-də mobil şəbəkəyə sahib ilk afroamerikalı sahibkara çevirdi.

Şirkət bu gün 4G LTE mobil xidmətlər, genişzolaqlı internet və beynəlxalq zəng xidmətləri təqdim edir. Eyni zamanda “F1” adlı təhlükəsizlik funksiyalı smartfon, qulaqlıq və digər texnoloji məhsullar istehsal edir. “F1” modeli avtomobildə hərəkət zamanı mesaj yazmağı avtomatik olaraq bloklayır və qəza riskini azaldır.

Fəaliyyəti təkcə bizneslə məhdudlaşmır

“Figgers Communication” yalnız texnologiya ilə deyil, həm də sosial məsuliyyət layihələri ilə diqqət çəkir. Belə ki, şirkət təbii fəlakət zamanı Puerto Rikoda pulsuz telefon və SIM kart paylayaraq humanitar missiyaya töhfə verib.

Freddi düşünür ki, texnologiya insanlara xidmət etməlidir, yalnız qazanc üçün olmamalıdır. 

O, həmçinin “Figgers Foundation” adlı qeyri-kommersiya fondu təsis edib. Fond müəllimlərə tədris vəsaitləri, tələbələrə təqaüdlər, aztəminatlı ailələrə isə gündəlik ehtiyaclar üzrə maddi dəstək göstərir.

Gənclərə ilham verən motivasiya danışıqları 

Freddi Figgerz müxtəlif texnologiya konfranslarında, forumlarda və sosial tədbirlərdə çıxış edərək gənclərə motivasiya verir. Onun hekayəsi TEDx kimi platformalarda təqdim edilir.  

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərnişin daşınmalarında 59 milyonluq artım

08.12.2025

İşdə daha sürətli işləmək və səmərəliliyi artırmağın 10 yolu - SƏHƏR OXUSU

08.12.2025

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

Məzənnə

Yüklənir...