10 il əvvəl alınan 1000 dollarlıq "Nvidia" səhmi bu gün neçəyədir?

Redaktor

27.02.2025 14:16
258

10 il əvvəl alınan 1000 dollarlıq "Nvidia" səhmi bu gün neçəyədir?

Əgər 10 il əvvəl "Nvidia"ya 1000 dollar investisiya etmiş olsaydınız, bu gün sərvətiniz nə qədər olardı? Mütəxəssislər bunu hesablayıb və ortaya çıxan məbləğ kiçik bir sərvətə bərabər olub.

Valyuta.az xəbər verir ki, "Nvidia"nın qrafik prosessorları, "OpenAI"ın "ChatGPT"si və "Google"ın "Bard"ı da daxil olmaqla, süni intellekt modellərinin hazırlanmasının ayrılmaz hissəsinə çevrilib. Bu da şirkəti yüksək performanslı hesablama və süni intellekt texnologiyaları sahəsində bazar liderinə çevirib.

Məhz bu dominant mövqeyinə görə, "Nvidia" səhmləri bazarda ən yaxından izlənən səhmlərdən biridir.

"Nvidia" dünən bazarın bağlanmasından sonra 2024-cü maliyyə ilinin dördüncü rübü üzrə hesabatını açıqlayıb. Şirkət 39,33 milyard dollar gəlir əldə edərək, 38,05 milyard dollarlıq gözləntiləri üstələyib. Eyni zamanda, səhmlər üzrə qazanc 0,84 dollar proqnozuna qarşı 0,89 dollar olub.

"Meta", "Amazon" və "Alphabet" kimi texnologiya nəhəngləri süni intellekt mərkəzləri üçün "Nvidia"nın çiplərinə yatırım edib. Bu da şirkətin gəlirini 2024-cü ildə 114% artıraraq 130,5 milyard dollara çatdırıb.

CNBC-nin məlumatına görə, "Nvidia" səhmləri son iki ildə 440%-dən çox artıb və şirkət müəyyən bir dövrdə 3 trilyon dolları aşaraq ABŞ-ın ən dəyərli şirkəti olub. Lakin bu zirvədən sonra səhmlər müəyyən dərəcədə geriləyib.

10 il əvvəl yatırılan 1000 dollar indi nə qədərdir?

Uzunmüddətli perspektivdə "Nvidia" səhmlərinə yatırılan investisiyalar böyük gəlir gətirib. CNBC-nin hesablamalarına görə, 26 fevral tarixinə "Nvidia"nın bağlanış səhmlərinin qiyməti 131,28 dollar olub. Bu hesablamalar son maliyyə hesabatından sonra baş verə biləcək dəyişiklikləri nəzərə almır.

Bir il əvvəl yatırım etsəydiniz:

Artım: 66%
26 fevral tarixinə sərvətiniz: 1,660 dollar (təxminən 60 min manat)

Beş il əvvəl yatırım etsəydiniz:

Artım: 1,863%
26 fevral tarixinə sərvətiniz: 19,634 dollar (təxminən 716 min manat)

On il əvvəl yatırım etsəydiniz:

Artım: 23,584%
26 fevral tarixinə sərvətiniz: 236,835 dollar (təxminən 8,6 milyon manat)

Əgər 1999-cu ildə "Nvidia" IPO-sunda yatırım etsəydiniz:

Artım: 525,754%
26 fevral tarixinə sərvətiniz: 5,258,542 dollar (təxminən 191 milyon manat)

Uzunmüddətli yatırımların riski

"Nvidia"nın səhmləri möhtəşəm göstəricilər əldə etsə də, "Nasdaq" birjasında siyahıya alınan digər şirkətlər üçün bu tip artımlar tipik deyil. Mütəxəssislər yalnız keçmiş göstəricilərə əsaslanaraq fərdi səhmlərə yatırım etməyi tövsiyə etmir.

Bazarlar qeyri-müəyyən ola bilər və bir şirkətin hazırkı uğuru gələcəkdə eyni qazancı təmin etməyə zəmanət vermir.

Çoxsaylı investisiya mütəxəssisləri üçün riskləri minimallaşdırmaq məqsədilə aşağı xərcli indeks fondlarına yatırım etmək daha təhlükəsiz və effektiv strategiya hesab edilir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərnişin daşınmalarında 59 milyonluq artım

08.12.2025

İşdə daha sürətli işləmək və səmərəliliyi artırmağın 10 yolu - SƏHƏR OXUSU

08.12.2025

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

Məzənnə

Yüklənir...