BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
59033

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 3 günündə (noyabrın 11-13-də) "Bakı Metropoliteni" QSC-nin stansiyaları sərnişinlərin girişi üçün səhər saat 05:00-da açılacaq.

Valyuta.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.

Onun sözlərinə görə, bu addım COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən atılacaq.

"Dünyanın ən mötəbər tədbirlərindən biri - COP29-la əlaqədar metroda gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək. Rəhbərlik və əməkdaşların ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd ehtiyac yarandığı halda sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir. Sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və sair istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, metrodan istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 stansiyada COP29 Əməliyyat Şirkətinin könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərir", - deyə o qeyd edib.

Rəis müavini əlavə edib ki, noyabrın 11-13-ü ölkəmizdə qeyri-iş günü elan edilsə də, metroda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq: "3 gün ərzində "Qırmızı xətt"in "Həzi Aslanov" - "28 May" sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-a qədər, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə fərqlə təşkil ediləcək. "Yaşıl xətt" və "Qırmızı xətt"lərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bu, metro xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir".

Metro rəsmisi, həmçinin diqqətə çatdırıb ki, "Həzi Aslanov" - "28 May" sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək: "İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək. Belə ki, saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək. "Bənövşəyi xətt"də qatarlar arasında intervallar "Avtovağzal" - "8 Noyabr" sahəsində 8 dəqiqə, "Xocəsən" - "Avtovağzal" yol mənzilində isə əsasən 16 dəqiqə təyin edilib. "Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlərdə qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın 21 yaşadək ən bahalı futbolçularının siyahısı açıqlanıb

Sahibkarlar 9 ayda 50 milyard manata yaxın sənaye məhsulu istehsal edib

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər - FOTO

Tərəzidə aldadan satıcıları hansı cəza gözləyəcək?

Robot rəssamın portreti hərracda 1 milyon avroya satıldı (FOTO)

"NRG Energy" 2024-cü il üçün mənfəət proqnozunu artırdı

Rusiyanın beynəlxalq ehtiyatlarında milyardlarla azalma - Rəqəmlər

Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)

Noyabrın 10-dan H1 və H2 avtobusları pulsuz olacaq - AYNA

"Paramount"un səhm başına gəliri yüksək, mənfəəti aşağı oldu

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Qocalmanı sürətləndirən iş vərdişləri açıqlandı

"Robot valideynlər" yaradılacaq - "a16z" maliyyələşdirməyi qəbul etdi

Dünya imtina edir, biz pulla satırıq...

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

ABŞ heç bir əsas olmadan 12 trilyon dollar qazanıb - Putin

Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşüb (FOTO)

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb (FOTO)

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

“Freelance” işin mənfi tərəfləri

Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqləndi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

Bakıda yağış yağacaq

Dünya Bankı Ukraynaya əlavə 750 milyon dollar ayıracaq

İlon Musk "Tesla" markalı ağıllı telefonla bağlı açıqlama verdi

Azərbaycan nefti 0,32% ucuzlaşıb

Dörd yerli kripto məhsulumuz sınaqdan keçiriləcək - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin