BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
59116

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.

Valyuta.az-ın məlumatına görə, 6 hərəkət zolaqlı bu yol paytaxtın nəqliyyat yükünün azaldılması baxımından böyük əhəmiyyətə malikdir.

Yeni yolun istifadəyə verilməsi ilə “Koroğlu” qovşağına düşən nəqliyyat yükünün xeyli azalacağını söyləmək olar.

12,7 km uzunluqda yol Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq.

Mütəxəssislər bildirir ki, bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin edəcək. Beləliklə, şəhər şossesi adı ilə tanınan Zabrat-Sabunçu yolunun yükü xeyli azalmış olacaq. Həmçinin Binəqədi şosesinin yükü də azalmış olacaq və Rəsulzadə qəsəbəsi istiqamətindən mərkəzə doğru və geriyə müşahidə edilən ənənəvi tıxaclar nisbətən zəifləyəcək.

Bundan əlavə, yeni yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla birləşəcək ki, bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.

Həmçinin yeni yolun istifadəyə verilməsi Bakının bir sıra əraziləri: Neftçilər-Əhmədli istiqamətindən Binəqədi, Məhəmmədi, Fatmayi, Mehdiabad qəsəbələrinə hərəkət sürətinin artmasına, insanların daha qısa müddətə bir məntəqədən digərinə çata bilməsinə gətirib çıxaracaq.

Beləliklə, 2024-cü ildə bu yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx və təbii tıxacların yaşandığı Bakı-Sumqayıt yolunda və Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşması proqnozlaşdırılır.

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə Azərbaycana yeni səfir təyin edib

AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

Türkiyədə illik inflyasiya 47%-ə enib

Kərə yağı ilin əvvəli ilə müqayisədə 1 manatdan çox bahalaşıb - Rəsmi

AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

UEFA "Qarabağ"ı 26 min avro cərimələyib

AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb

“Elektron Hərrac Portalı"ı istifadəyə verilib

Bu rayonda su olmayacaq

ABA: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyinə təyinat olub

AMB rəsmisi: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"

Bu ərazilərə qar yağdı

Regional Su Meliorasiya Xidməti bu şirkətlə 940 min manatlıq müqavilə imzalayacaq

Neftimizin qiyməti bir dollardan çox ucuzlaşdı

Mərkəzi Nəbatat Bağının İdarə Heyətinə sədr təyin edilib

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr (SİYAHI)

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun yenidən qurulması davam edir

ABŞ çip sənayesində Çinə yeni məhdudiyyətlər qoyur

Türk lirəsi və avro ucuzlaşdı - Məzənnə

Süni intellekt sayəsində insanlara lazım olmayacaq 5 bacarıq - SƏHƏR OXUSU

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin