BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
48902

Azərbaycanda son illər daşınmaz əmlakın kəskin bahalaşdığı kimsəyə sirr deyil.

Əmlak bazarı iştirakçıları qiymət artımını müxtəlif səbəblərlə, o cümlədən Rusiya-Ukrayna müharibəsi nəticəsində hər iki ölkədən Azərbaycana insan, həm də kapital axını ilə izah edirlər.

Bəs əmlakın qiymətlərinə vasitəçilər təsir edə bilirmi? Onların bu bazarda rolu hansı səviyyədədir? "Report" mövzunu əmlak bazarı ekspertləri ilə müzakirə edib.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc deyir ki, ölkənin əmlak bazarında işbaz riletorların rolu az deyil və onlar bu bazarı demək olar ki, idarə edirlər: "Kimsə mənzilini satışa çıxarmaq istəyirsə, ona qoyulan qiymətin bir hissəsi rieltorun qazancı olur. Son nəticədə bəzən eyni yerdə, eyni parametrlərə malik mənzillərin qiymətləri arasında kəskin fərq olur. Bu da rieltorun marjası ilə bağlıdır. Hansısa mənzilin baha təklif olunduğunu görən digər mülkiyyətçilər də qiymətləri artırır və bazarda bahalaşma baş verir. Halbuki, rieltorun işi yalnız mənzillərin alqı-satqına kömək etmək - vasitəçilik olmalıdır. Onlara qiymətləri süni şəkildə artırmağa imkan verilməməlidir".

Ekspert hesab edir ki, tədricən Azərbaycanda da həqiqi rieltor bazarı formalaşacaq: "Digər ölkələrdəki kimi, bu, sadəcə xidmət sahəsi olacaq. Yəni rieltorların rolu mənzilini satan və alan adamlar üçün doğru seçim etmək istiqamətində olacaq. Mülkiyyətçi evini ilk növbədə bazarın diqtə etdiyi qiymətə satmalıdır. Əgər bu istiqamətdə çətinlik çəkirsə, qiymətləndirmə şirkətlərinə ya daxud rieltorlara müraciət etməlidir ki, real qiymət müəyyən edilsin. Heç bir halda işbazlığa, qiymətin şişirdilməsinə yol vermək olmaz. Çünki bu ,təkcə bir mənzilin baha satılması deyil, eyni zamanda ondan sonra bazara təklif edəcək mənzillərin qiymətlərində süni artımın baş verməsi üçün bir əsasdır”.

Əmlak bazarı üzrə digər ekspert Ramil Qasımzadə isə bildirir ki, Azərbaycanda rieltorların daşınmaz əmlak bazarına təsirləri fərqli olur: “Rieltor xidmətini müxtəlif insanlar və şirkətlər göstərir. Onların arasında mülkiyyətçi ilə müqavilə bağlayıb işləyənlər də varr. Adətən sadə bir sistem olur. Mülkün qiymətinin 2-3%-i qədər satıcıdan, 1 %-i qədər alıcıdan xidmət haqqı alırlar. Bəziləri isə sadəcə mənzilin qiymətinin üzərinə öz qazancını gəlir, məsələn, 100 min manatlıq evi 120 min manata satır, əmlak sahibinə deyir ki, satışdan 10 min manat götürəcək. Yəni, ev sahibi ilə rieltor arasında belə sövdələşmələr olur. Təkcə, Azərbaycanda yox, digər ölkələrdə də belə olur. Hesab edirəm ki, standart sistemlə işləyən rieltorlar, yəni əmlak satışından faizini götürənlər bazarda qiymətlərə təsir etmir. Bazarı digər formada işləyən rieltorlar idarə edir. Onlar hətta hansısa mənzili ucuz alıb, baha satmağa da çalışır".

Əmlak bazarı üzrə başqa bir ekspert Elnur Fərzəliyev isə hesab edir ki, vasitəçilərin bazarda rolu nəzərəçarpacaq dərəcədə azalıb: "Əvvəllər əmlakların 70-80 %-ni rieltorlar satırdı. Hazırda bu pay xeyli azdır. Çünki, sosial şəbəkələrdən istifadə genişlənib, üstəlik daşınmaz əmlak bazarı ilə bağlı portallar var və əmlak sahibləri əksər hallarda bazara birbaşa, özü elan verərək çıxır. Əmlak alıcılarının da böyük hissəsi birbaşa satışı ilə iş görməyə üstünlük verir".

Bununla beıə, onun sözlərinə görə, hazırda təkcə Bakı və Abşeronda 7 mindən çox rieltor fəaliyyət göstərir: "Onların da çox az hissəsi rəsmi formada işləyir, böyük hissəsi qeyri-rəsmi formada fəaliyyət göstərir. Rialtor fəaliyyəti ilə məşğul olan şəxslər mütləq şəkildə biznes qaydaları, reklam işi və daşınmaz əmlakla bağlı hüquqi nəzəriyyəni bilməlidirlər ki, həm satıcıların, həm də alıcıların hüquqlarını qoruya bilsinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin