BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
7494

SOCAR Ukrayna Müdafiə Nazirliyinə ən çox yanacaq satan ikinci şirkət olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkəti 2020-ci il ərzində bu ölkənin Müdafiə Nazirliyi üçün satdığı yanacağın həcmini açıqlayıb.

Ukrayna mətbuatı xəbər verir ki, ötən il Azərbaycan şirkəti Ukraynanın Müdafiə Nazirliyinə 33 min ton dizel yanacağı və 6,1 min ton aviasiya yanacağının satışı ilə bağlı müqavilə imzalayıb.

Bununla da “SOCAR Ukraine” ölkənin bu qurumuna müqavilə əsasında ikinci ən çox yanacaq satan şirkət olub. Daha bir il öncə isə şirkət dördüncü olub.

2020-ci il ərzində ölkənin silahlı qüvvələrinə ən iri yanacaq tədarükçüsü isə “ Alliance Energo Trade” şirkəti olub. Bu şirkət ötən il Nazirliyə ümumilkdə 56,01 min ton yanacağın satılması ilə bağlı müqavilələr imzalayıb. Bu həcmlərin 37,48 min tonu dizel yanacağı, 11,83 min tonu aviasiya kerosini və 6,7 min tonu “A-80” benzini təşkil edib.

İlk üçlüyü isə “LUX Kraina” şirkəti qapayır. Ukrayna Müdafiə Nazirliyinin tərəfdaşları arasında ən yenisi olan bu şirkət 2020-ci ildə 36,96 min ton yanacaq tədarük edib. Bunun da 21,32 min tonu aviasiya yanacağı, 15,6 min tonu isə dizel yanacağının payına düşüb.

Ümumilkdə ölkənin müdafiə qurumu 2020-ci il ərzində 126,8 min ton dizel yanacağının alınması ilə bağlı müqavilələr imzalayıb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 70 % çoxdur.

Həmçinin, ötən il Nazirlik 62,29 min ton (+55 %) aviasiya yanacağı, 6,7 min ton aşağı oktanlı “A-80” benzini, 2,65 min ton “A-92” benzini və 636 ton “A-95” benzinin alınması ilə bağlı müqavilələr imzalayıb.

Qeyd edək ki, 2020-ci ildə Ukrayna Müdafiə Nazirliyi ümumilikdə 199 min ton yanacağın alınması üçün 58 müqavilə imzalayıb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 41 % çoxdur. 2020-ci ildə Müdafiə Nazirliyinin yanacaq tədarükçülərinin sayı 8-dən 10-a artıb. // Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin