
01.03.2023 / 14:52
Çin 100 milyon ton neft ehtiyatı olan yataq kəşf etdi
26966
Çin Milli Şelf Neft Korporasiyası (CNOOC) Bohai körfəzində 100 milyon ton xam neft ehtiyatı olan böyük neft yatağı kəşf edib.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında bildirilir.
“Martın 1-də Çin Milli Dəniz Şelf Korporasiyası Bohai körfəzində 100 milyon ton neft ehtiyatına malik “Bozhong 26-6” neft yatağının aşkar edildiyini elan edir”, - məlumatda qeyd olunur.
Neft yatağı Sarı dənizdəki Bohai körfəzinin cənub hissəsində yerləşir. Yatağın üstündəki suyun orta dərinliyi təxminən 22,1 metrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay