01.09.2021 / 20:51
Dövlət Neft Fondunun Cənubi Koreyadakı şirkəti bağlandı
17587
Dövlət Neft Fondu (ARDNF) 2011-ci ilin oktyabr ayında Cənubi Koreyada yaratdığı MAPS21 şirkətini ləğv edib.
Valyuta.az xəbər verir ki, bu barədə Fondun audit hesabatında qeyd edilib.
Sənədə əsasən, buna səbəb Fondun həmin ölkədə aldığı daşınmaz əmlakı ötən il satmasıdır.
Hazırda ARNDF ölkə xaricində 13 törəmə şirkətə malikdir. Bunlardan 5-i Böyük Britaniyada (Cersi), 5-i Lüksemburqda, 1-i Yaponiyada, 1-i Fransada, 1-i isə Rusiyada yerləşir.
Şirkətlərdən 12-də Fondun payı 100%, 1-də (Yaponiyada) isə 98%-dir. 13 şirkətdən 9-u əmlakın, 4-ü isə investisiyanın idarə edilməsi məqsədi ilə yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay