30.08.2021 / 14:03
Naftalan neftinə həsr edilən poçt markaları dövriyyəyə buraxıldı
17467
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən "Müalicəvi Naftalan nefti" mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.
Bu barədə Valyuta.az-a Nazirlikdən xəbər verilib.
Məlumata görə, buraxılış 1 markadan ibarət poçt bloku şəklində hazırlanıb. Markanın ölçüsü 40,3 x 40,3 mm, vərəqin ölçüsü 52x69 millimetrdir. Poçt bloku 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.
Poçt markasının müəllifi rəssam Orxan Qarayevdir.
Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay