Energetika
20.08.2021 / 15:18
Xidmət rəisi pulu mənimsədi: Azmış kimi sakinləri təhqir etdi...
17326
“Azərişıq” məsələni araşdırdı
“Azərişıq” ASC-nin Xırdalan şəhər İşıq İdarəsinin rəisi ərazi üçün nəzərdə tutulan transformatorun pulunu mənimsəyib.
Valyuta.az Axar.az-a istinadən xəbər verir ki, elektrik enerjisi olmayan sakinlər etiraz etmək üçün idarənin qarşısına yığışıblar.
Sosial şəbəkədə bu barədə paylaşım edən sakinlər idarə rəisinin onları təhqir edərək qovduğunu bildiriblər.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərişıq ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu yayılan məlumatların əsassız olduğunu deyib:
“Məsələni araşdırımışıq. Yayılan məlumat tamamilə əsassız, şər-böhtandır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay