BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9284
  • RUB
    2.0347
  • TRY
    0.0446
  • GBP
    2.2546
57177

Müxtəlif brendlər üzərindən aparılan araşdırmalar nəticəsində təhlükəsiz, yüksək keyfiyyətli hesab edilə bilən yağların siyahısı tərtib edilib. Həmin siyahıda yüksək keyfiyyətli yağların adı açıqlanıb.

Bəs, satışdakı keyfiyyətsiz yağlar hansılardır?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yağ insan orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, kimyəvi tərkibi yağ turşularından ibarət olan məhsuldur: 

“Bu məhsul yeniyetməlik, gənclik dönəmlərində insan orqanizmində daha çox rol oynayır. Çünki bu müddətdə istifadə olunan yağ insanın immunitetinin güclənməsinə, həzm sisteminin qan dövranının normal olmasına, eyni zamanda, mərkəzi beyin sisteminin düzgün inkişaf edib çalışmasına təsir edir”.

Vətəndaşlar yağ alarkən hansı məqamlara diqqət yetirməlidirlər?

Ekspert keyfiyyətli və keyfiyyətsiz yağı ayırmağın yollarını açıqlayıb:

“Bu gün satışda olan keyfiyyətsiz, kərə yağı adı altında satılan yağlar var. Buna görə də yağ alarkən diqqət yetirməli olduğumuz məqamlar var.

Yağ mövsümə görə dəyişərək 20-25 litr süddən əldə edilir. Südün qiymətini və yağın alınmasında yaranan xərcləri də nəzərə alsaq, qiymətinin ucuz olmasını şübhəli hal kimi dəyərləndirə bilərik.

Həmçinin, etiket qaydalarına mütləq riayət etmək lazımdır. Adətən çəkiylə satılan, markasız məhsullar risk mənbəyi olduğuna görə  mənşəyi istehsal müəssisəsi bəlli olanlardan almaq daha yaxşıdır.

Alanda isə məhsulun üzərində etiket məlumatlarının, istehsalçı müəssisənin adının, ünvanının, mümkündürsə, qaynar xətt nömrəsi, tərkibində həqiqətən süddən istifadə olunduğuyla bağlı məlumatın olmasına diqqət etmək lazımdır. Tərkibində bəzən digər məmulatlardan azacıq ola bilər və yaxud bir az duzdan istifadə oluna bilər, bu, normaldır. Ancaq  aromatizatorlardan, stabilizatorlardan, spredlərdən istifadə olunan kərə yağları keyfiyyətli hesab olunmur.

Eyni zamanda bu gün satışda olan şirniyyatların, un məmulatlarının əksəriyyəti tərkibində marqarin olan  yağlardan hazırlanır.  Marqarin məhsulun gec xarab olmasını təmin etdiyi üçün bir çox istehsalçılar tərəfindən istifadə edilir. Ancaq zərərlərinə görə  bəzi ölkələr satışına qadağa qoyub”.

Müsahibimiz bildirib ki,  yağın rənginin açıq sarı olmasının əsas səbəbi yaz-yay mövsümündə heyvanların təzə otla qidalanmasıdır. Əgər kəskin şəkildə sarıdırsa, deməli tərkibində boyalardan istifadə olunub.

Yağın keyfiyyətli olub-olmamasını ev şəraitində necə öyrənmək olar?

“Yağı isti suda az miqdarda əritdikdə bir parça halında tez əriyirsə bu, keyfiyyətlidir.  Ancaq hissələrə bölünərək gec əriyirsə, topa şəklində qalırsa, bu onun keyfiyyətli olmadığını göstərir.  Həmçinin, keyfiyyətli kərə yağı insanın bədən temperaturunda da dərhal əriyir, ağızda xoşa gələn dad qoyur. Trans yağlar isə gec əriyib ağızda acı dad qoyur. Eyni zamanda, kərə yağını tavada isidərkən köpüklənir, daha ağ rəngə çalırsa, bu da keyfiyyət göstəricisidir.

Keyfiyyətli kərə yağı otaq tempraturunda qaldıqda formasını saxlıyır, amma yumuşalır. Keyfiyyətsiz olan isə əriməyə başlayanda  ətrafa su şəklində yayılır”- deyə müsahibimiz bildirib.

Saxta yağların orqanizmə zərərləri nələrdir?

Məhsəti Hüseynova qeyd edib ki, saxta yağlar bədəndə ərimədiyi, həzm olunmadığı üçün damarlarda yığılıb qalır, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

“İnsan orqanizmi gündə 20-25 qram yağ qəbul etsə, yetərlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" illərlə medianı boğdu - Ekspertdən sərt ittiham, qərarı alqışladı

300 bal toplayan Bakı məktəblilərinin - SİYAHISI

Banklarda daxili ipoteka kreditlərinin faizləri artır - Səbəb

Sabah bu ərazilərdə qaz olmayacaq

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

ABŞ-la Çin arasında buzlar əriyir - Müqavilə bağlayacaqlar

10 manatlıq şirkətin 1,4 milyon vergi borcu var

"Meta" “Apple Intelligence” funksiyalarını öz platformalarında məhdudlaşdırdı

Bakının iki rayonunda qəzalı binalar söküləcək - SİYAHI

Bakı Şəhər Heyvanat Parkı yenilənəcək

Dünya Bankı: Azərbaycan emissiyalarla ÜDM artımı arasındakı əlaqələrin qırılmasına yaxınlaşır

100 manatlıq şirkətin yarım milyondan çox borcu var

"Tesla" səhmləri "ölüm kəsişməsi" siqnalı verdi: Bazarda nələr baş verir?

Qeyri-neft məhsullarında əsas ixrac ölkələri - SİYAHI

Qeyri-neft məhsullarında əsas ixrac ölkələri - SİYAHI

ÇL-də milyonluq qazanc - Ən çox qazanan 10 klub açıqlandı

Şərurun Comaxtur kəndində 4,6 milyonluq yol təmiri

3 milyonluq işə cəmi 1 milyon ödədilər

AQTA Azərbaycana uyğunsuz məhsul göndərən 4 ölkəyə xəbərdarlıq etdi

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi kəskin artıb

“Azərkosmos”da qanunsuzluqlar aşkarlanıb

Azәrbaycan İnvestisiya Holdinqi və portfel şirkətlərində nöqsanlar aşkarlanıb

Azərbaycanda bu cərimələr 4 dəfə artırıldı - Prezident təsdiqlədi

“Metropark”ın yenidən vergi borcu yarandı

Kartof idxalçısının yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

"Premium Bank"ın mənfəətində kəskin azalma - Hesabat

İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Nazirə daha iki yeni müavin təyin olundu

Nazirə daha iki yeni müavin təyin olundu

Neft Fondunun büdcədənkənar gəliri 5 milyard manata olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin