BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68780

ABŞ-ın Virciniya ştatındakı federal məhkəmə “Alphabet” şirkətinə məxsus “Google”un rəqəmsal reklam texnologiyasında iki əsas bazarda qanunsuz inhisar yaratdığını müəyyən edib. 

Valyuta.az xəbər verir ki, bu vəziyyət texnologiya nəhəngi üçün ciddi hüquqi nəticələr doğura bilər. Belə ki, məhkəmənin qərarı “Google”un rəqabəti bərpa etmək üçün müəyyən bölmələrini satması ilə nəticələnə biləcək yeni bir prosesin başlanmasına şərait yaradır.

Məlumata görə, hakim Leonie Brinkema bildirib ki, “Google”un rəqabəti məhdudlaşdıran fəaliyyəti həm reklam verən müştərilərə, həm də ümumilikdə istifadəçilərə ciddi ziyan vurub.

Analitiklərə görə, ABŞ Ədliyyə Nazirliyi “Google”un yalnız reklam şəbəkəsini deyil, həmçinin Chrome və Android kimi digər sahələrini də ayırmaq niyyətində ola bilər. Belə bir addımın səhmdar dəyərini artıra biləcəyi düşünülür.

Eyni zamanda sərmayə menecerləri isə xəbərdarlıq edirlər ki, bu qərar “Google”un uzunmüddətli mənfəət göstəricilərinə və böyümə potensialına təzyiq yarada bilər. Həmçinin bu situasiya texnologiya sektorunda daha sərt tənzimləmə dövrünün başlandığına işarə edir.

Vəziyyətlə bağlı "Tech Oversight Project" təşkilatının icraçı direktoru Sacha Haworth isə qərarı ABŞ ictimaiyyəti üçün mühüm qələbə adlandırıb: "Google" uzun illərdir reklam bazarındakı nəzarətsiz inhisarı ilə medianı boğub və hər onlayn alış-verişdə vasitəçi vergisi tətbiq edib. Bu qərar qiymətləri aşağı sala, rəqabəti artıra və interneti hamı üçün daha yaxşı edə bilər."

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin