BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
68345

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəblərin publik hüquqi şəxsə çevrilməsi haqqında danışıb, bunun vacib olduğunu vurğulayıb. Bir neçə gün öncə nazir verdiyi açıqlamada bildirib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir:

"Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir ".

Məlumat üçün bildirək ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. 

Bu prosesin əsası isə ötən ilin iyun ayında Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiqlənməsi ilə qoyulub. 

Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.

Bəs publik hüquqi şəxs statusu nədir və hansı qurumlar ala bilər?

Valyuta.az xəbər verir ki, publik hüquqi şəxs termini Azərbaycan qanunvericiliyində dövlət və ya ictimai maraqlar üçün yaradılmış, lakin hüquqi şəxs statusuna malik olan təşkilatları ifadə edir.

Sadə dillə desək, publik hüquqi şəxs – dövlətə və ya cəmiyyətə xidmət göstərmək məqsədilə yaradılan, amma müstəqil qərarlar verə bilən bir qurumdur. O, həm dövlətin bir hissəsidir, həm də hüquqi baxımdan müəyyən muxtariyyətə malikdir.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən isə publik hüquqi şəxsin rəsmi tərifi aşağıdakı kimidir:

Publik hüquqi şəxs – xüsusi hüquqi forma olmaqla, dövlət və ya bələdiyyə tərəfindən yaradılan və ya onların nəzarəti altında olan, cəmiyyətə xidmət göstərən, hüquq və vəzifələri olan təşkilatdır.

Hansı dövlət qurumları publik hüquqi şəxs ola bilər?

Təhsil Tələbə Krediti Fondu
Əmlak Məsələləri Dövlət Xidməti
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
Azərbaycan İnvestisiya Holdinqi

Bunlar dövlətə məxsusdur, amma kommersiya təşkilatları kimi fəaliyyət göstərmirlər. Onların əsas məqsədi gəlir qazanmaq yox, ictimai fayda yaratmaqdır.

Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.

Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz.

Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür.

Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər.

Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər. “ Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.

Onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur.

Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.

Publik hüquqi şəxsin əmlakı Publik hüquqi şəxs haqqında Azərbaycan qanunvericiliyinə əsasən müəyyənləşdirilib:

Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.

Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.

Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.

Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi
 
Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər, onun nizamnaməsi Mülki Məcəllə ilэ tənzimlənir.

Günay / Valyuta.Az / SƏHƏR OXUSU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ziya Bünyadov prospektində təmir işləri nə vaxt bitəcək?

Turistlərin Azərbaycana gəlmə səbəbləri açıqlandı - SİYAHI

Azərbaycan ən çox bu ölkələrdən məhsul alır – Siyahı

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"

10 nömrəli avtobusun istiqaməti dəyişir - Bu küçə ilə hərəkət edəcək

2030-cu ilə qədər yox olacaq 20 peşə

POS-terminalların quraşdırılması bəzi obyektlər üçün məcburidir - Dövlət Xidməti

Birinci rübdə Türkiyə ilə ticarət dövriyyəsi azalıb

ChatGPT yaddaş funksiyasını işə salır - Axtarışlar fərdiləşəcək

Kimlər daha çox maaş alır?

Kimlər daha çox maaş alır?

Binadakı qarajlardan istifadə üçün ödəniş tələb olunması qanunidir?

"Xaçmaz”ın tikinti bazarının 150 minə yaxın borcu var

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Tələbə krediti fondu, büdcə israfı və kökündən yanlış qurulan sistem - Ekspertin izahı

Azərbaycan I rübdə büdcə xərclərinin 13 %-ni iqtisadi fəaliyyətə yönəldib

Azərbaycanın BOKT-u səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək

KOBİA 27 “Yaşıl Layihə” üçün ayırdığı vəsaiti açıqlayıb

“Bayer” Xabi üçün 20 milyon istəyir

Bakıda toyda zəhərlənənlərin sayı 50-ni keçib - YENİLƏNİB

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Daha bir qanunsuz tikili söküldü (VİDEO)

Sahibkarlar bu məsuliyyətdən azad edildi

Sığorta nəhənginin rəhbərini öldürdü, "Əsl Con Uik" adlandırıldı - Ölüm cəzası ilə üzləşə bilər

Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq

Azərbaycan mədəniyyət xərclərini 23 %-ə yaxın artırıb

Vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb

Azərbaycanın xarici ticarətində lider ölkələr və məbləğlər

Azərbaycanın xarici ticarətində lider ölkələr və məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin