BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
68731

"Tesla"nın son dövrlərdəki səhmləri kəskin dalğalanmalarla yadda qalıb və bu qeyri-müəyyənlik fonunda "ölüm kəsişməsi" adlı texniki göstəricinin ortaya çıxması investorlar arasında narahatlığı daha da artırıb. Bəs "ölüm kəsişməsi" nədir və bu göstərici bazarı necə təsir edə bilər?

Valyuta.az xəbər verir ki, səhmlərin hərəkətini yaxından izləməyənlər üçün bu dəyişikliklər gözəçarpan olmasa da, texniki analizlə maraqlananlar üçün son hadisələr diqqətçəkicidir. "Ölüm kəsişməsi" - ingiliscə "Death Cross" - qısamüddətli (adətən 50 günlük) hərəkətli ortalamanın uzunmüddətli (200 günlük) hərəkətli ortalamanı aşağıya doğru kəsməsi ilə yaranan bir vəziyyətdir. Bu isə keçmişdə bazarda eniş meyilinin başlanğıcı kimi qəbul edilib.

Ticarət siyasətləri və "Tesla" üzərindəki təzyiq

ABŞ-ın son dövrlərdəki gömrük tarifləri və vergi siyasətləri birbaşa böyük şirkətləri və əsas fond indekslərini təsir altına alıb. "Business Insider" kimi analitik qurumlar bu dəyişikliklərin "Tesla"ya mənfi təsir edə biləcəyini əvvəlcədən proqnozlaşdırmışdı. İndi isə texniki göstərici bu proqnozları gücləndirir.

Son aylarda "Tesla"nın qiymətindəki dalğalanmalar bu siqnalın gəlməsini qaçılmaz edib. Eyni zamanda, şirkətin baş direktoru İlon Maskın diqqətini "Tesla"dan çox ABŞ-dakı siyasi təşəbbüslərə yönəltməsi, bazarda qeyri-müəyyənliyi artırıb. Tramp administrasiyası dövründə Mask üçün mümkün güzəştlər gözlənilsə də, "Tesla"nın səhmləri ilin əvvəlindən bu yana dəyərinin üçdə birindən çoxunu itirib. Şirkətə qarşı keçirilən etiraz aksiyaları və marka imicindəki zədələnmə də bu enişin səbəbləri arasında göstərilir. Hətta Ağ Ev qarşısında təşkil olunan təqdimatlar belə bu mənfi gedişatı dayandıra bilməyib.

Yalnız "Tesla" deyil

"Tesla" ilə yanaşı, "S&P 500" və "Nasdaq 100" indekslərində də "ölüm kəsişməsi" siqnalı müşahidə edilib. Tramp administrasiyasının vergi və gömrük siyasətləri, eləcə də bu sahədəki tez-tez dəyişən istisnalar, bazarlarda öngörülməsi çətin olan dalğalanmalara səbəb olur.

Bununla belə, qeyd etmək lazımdır ki, texniki göstəricilər hər zaman təkbaşına qərarverici olmamalıdır. "Ölüm kəsişməsi" adətən eniş trendinin başlanğıcı kimi qiymətləndirilsə də, bəzən də bazarın dibə çatdığını və buradan toparlanmanın başlaya biləcəyini göstərə bilər.

Qarşıdakı günlərdə "Tesla"nın və ümumi bazarın hərəkəti, investorların bu texniki siqnalı necə şərh edib qərar verdiklərindən asılı olacaq. Qərarların psixoloji və texniki amillərlə birgə formalaşdığı bir dövrdə, bazarda qeyri-müəyyənlik davam edəcək.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin