BAKU Azərbaycan
20.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68757

"Premium Bank" 2025-ci ilin I rübü üçün maliyyə hesabatını açıqlayıb. 

Valyuta.Az xəbər verir ki, yanvar-mart aylarını əhatə edən cari ilin I rübündə bankın mənfəəti 38.45% azalaraq  1 mln. 582 min manata düşüb. Ötən ilin müvafiq dövründə bankın əldə etdiyi xalis mənfəət 2 mln. 570 min manat olub. 

Hesabat dövründə bankın faiz gəlirlərində artım qeydə alınsa da, qeyri-faiz gəlirlərində azalma müşahidə olunub. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 12.87% artaraq 7 mln. 842 min manatdan 8 mln. 851 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 21.21% azalaraq 3 mln. 801 min manatdan 2 mln. 995 min manata düşüb.

Həmçinin hesabat dövründə faiz xərcləri cüzi azalsa da, qeyri-faiz xərclərində 200 min manatdan çox artım qeydə alınıb. Faiz xərcləri 2 mln. 878 min manatdan 2 mln. 876 min manata enib. Lakin qeyri-faiz xərcləri 5 mln. 838 min manatdan 6 mln. 88 min manatadək artıb.

Ötən ilin son rübü ilə müqayisədə bankın öhdəliklərində artım yaşanıb. Sözügedən dövrdə bankın öhdəlikləri 20 mln. manatdan çox artaraq 463 mln. 9 min manatdan 486 mln. 858 min manata yüksəlib.

Həmçinin şirkətlər bir neçə milyon manatını da bankdan geri çəkiblər. 

Belə ki, hüzquqi şəxslərin bankdakı depozitləri əvvəlki ilin son rübü ilə müqayisədə 2 mln.dan çox azalaraq 85 mln. 706 min manatdan 83 mln. 194 min manata düşüb.

Fiziki şəxslərin depozitləri isə 8.93% artaraq 292 mln. 55 min manatdan 318 mln. 151 min manata yüksəlib. 

Bundan əlavə bankın vaxtı keçmiş kreditlərinin həcmi isə 3 mln. 65 min manat təşkil edib. Bunun da 2 mln. 794 min manatı Bakı, 212 min manatı Abşeron-Xızı, 50 min manatı Gəncə–Daşkəsən, 8 min manatı Naxçıvan ərzaisi üzrə verilmiş kreditlər təşkil edib. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin