BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
68351

"Əvvəlki illərin təcrübəsi göstərir ki, heç də hər il büdcə xərcləmələri proqnoz edildiyi səviyyədə olmur”. 

Qaynarinfo-ya açıqlamasında bunu neft-qaz məsələləri üzrə ekspert İlham Şaban dünya bazarında neftin qiymətinin enməsinin Azərbaycan iqtisadiyyatına təsiri və büdcənin necə nizamlanacağı sualına cavabında deyib: 

"Aprelin 2-dən başlayaraq neftin qiyməti azalır. Bir həftə keçsə də, bununla bağlı nə ARDNŞ, nə maliyyə, nə energetika nazirliyi, nə də ümumən hökumət özünün hansısa təşvişi yönündə açıqlama verir. O baxımdan ola bilsin açıqlama bir qədər sonra olsun. Yaxud da bazarlarda vəziyyətin stabilləşməsini gözləyirlər. Enmə ilə əlaqədar bazarda böyük təlatümlər yaşansa da, proses davamlı deyil. Dünən axşamdan başlayaraq neftin qiyməti artmağa başlayıb, bu gün artıq 65 dollardır. Bu da Trampın 75 ölkə üçün tətbiq etdiyi gömrük rüsumlarını 90 gün müddətində dayandırmasının nəticəsidir. Yəni bazar bunu pozitiv qəbul etdi”. 

Ekspert deyir ki, bundan sonra bazardakı prosesin necə olacağı gələn pozitiv və neqativ informasiyalardan hansının daha çox olması ilə əlaqədar olacaq:

"Neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə, ümumi tendensiya odur ki, cari ildə neftin qiyməti ötən ildəkinə nisbətdə xeyli aşağı olacaq. Onun nə qədər olacağı, büdcədə götürülən 70 dollardan nə qədər aşağı enəcəyi təqdirdə, hökumətin addımının necə olacağı isə artıq onun öz açıqlamasından məlum olacaq. Ola bilsin, neftin qiyməti 65 dollar olsun və hökumət heç bir korrektlərə getməsin. Amma ola da bilər hansısa xərcləri azaltmaq hesabına azalan gəlirləri kompensasiya etsin. Əvvəlki illərin təcrübəsi göstərir ki, heç də hər il büdcə xərcləmələri proqnoz edildiyi səviyyədə olmur”. 

Qeyd edək ki, son bir həftədə dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Hazırda brent markalı neftin qiyməti 65 dollardır. Azərbaycan neftinin qiyməti də 66-67 dollar civarındadır. Səbəb ABŞ Prezidenti Trampın tətbiq etdiyi gömrük rüsumları ilə bağlıdır. Lakin ardınca Tramp əksər ölkələr üçün resum tətbiqinə 90 günlük moratorium da qoyub. Hər halda neftin qiyməti aşağı enməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Ziya Bünyadov prospektində təmir işləri nə vaxt bitəcək?

Turistlərin Azərbaycana gəlmə səbəbləri açıqlandı - SİYAHI

Azərbaycan ən çox bu ölkələrdən məhsul alır – Siyahı

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"

10 nömrəli avtobusun istiqaməti dəyişir - Bu küçə ilə hərəkət edəcək

2030-cu ilə qədər yox olacaq 20 peşə

POS-terminalların quraşdırılması bəzi obyektlər üçün məcburidir - Dövlət Xidməti

Birinci rübdə Türkiyə ilə ticarət dövriyyəsi azalıb

ChatGPT yaddaş funksiyasını işə salır - Axtarışlar fərdiləşəcək

Kimlər daha çox maaş alır?

Kimlər daha çox maaş alır?

Binadakı qarajlardan istifadə üçün ödəniş tələb olunması qanunidir?

"Xaçmaz”ın tikinti bazarının 150 minə yaxın borcu var

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Tələbə krediti fondu, büdcə israfı və kökündən yanlış qurulan sistem - Ekspertin izahı

Azərbaycan I rübdə büdcə xərclərinin 13 %-ni iqtisadi fəaliyyətə yönəldib

Azərbaycanın BOKT-u səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək

KOBİA 27 “Yaşıl Layihə” üçün ayırdığı vəsaiti açıqlayıb

“Bayer” Xabi üçün 20 milyon istəyir

Bakıda toyda zəhərlənənlərin sayı 50-ni keçib - YENİLƏNİB

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Daha bir qanunsuz tikili söküldü (VİDEO)

Sahibkarlar bu məsuliyyətdən azad edildi

Sığorta nəhənginin rəhbərini öldürdü, "Əsl Con Uik" adlandırıldı - Ölüm cəzası ilə üzləşə bilər

Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq

Azərbaycan mədəniyyət xərclərini 23 %-ə yaxın artırıb

Vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin