"Bu qərarın müsbət tərəfləri var" - Professor
“Hesab edirəm ki, məhdudlaşdırıcı qərar olduğu üçün insanların xeyrinə işləməlidir”.
Bunu Valyuta.az-a açıqlamasında professor Adil Qeybulla Tarif Şurasının dərmanların qiymətləri ilə bağlı qərarını şərh edərkən deyib. Ekspert qərarın müsbət tərəflərini belə izah edib:
“Dərman qiymətləri eyni deyil. Qiymətlərin artırılması müşahidə edilir. Baxmayaraq ki, Taarif Şurası bu cür qərar verib, amma fərqlər var. Yuxarı həd o deməkdir ki, sui-istifadə halları olsa belə müəyyən həddən o tərəfə keçə bilməsin”.
Professor vurğulayıb ki, limitin olması idarəolunmaz bahalaşmanın qarşısını almağa dəstək olacaq.
Qeyd edək ki, Tarif Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib. Yeni qərara görə dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay