5 nəsil bir iş yerində - Çoxnəsilli işçi qüvvəsini idarə etmək yolları

Redaktor

07.07.2025 20:26
209

5 nəsil bir iş yerində - Çoxnəsilli işçi qüvvəsini idarə etmək yolları

Yaş fərqləri liderlər üçün çətinlik deyil, üstünlük mənbəyidir. Bu fərqlilikləri düzgün idarə edənlər daha çevik və səmərəli komanda qurmağa nail ola bilirlər.

Valyuta.az xəbər verir ki, hazırda əmək bazarında beş fərqli nəsli təmsil edən işçilər aktiv fəaliyyət göstərir.

Bu vəziyyətə ömrün uzanması, pensiya yaşının yüksəldilməsi və texnologiyaların sürətli inkişafı səbəb olub.

Proqnozlara görə, bu tendensiya davam edəcək, yaşlı nəsil təqaüdə yönəldiyi dövrdə, yeniyetmələr və gənclər onların yerini tutmağa hazırlaşır.

Yaş baxımından müxtəlif heyətin formalaşması müsbət hal hesab edilsə də, belə komandaları idarə etmək çətinliklər yaradır. Çünki hər nəsil özünəməxsus bacarıqlar, ünsiyyət forması və iş mühiti ilə bağlı fərqli gözləntilərə malikdir.

"Sakit nəsil" (1925-1945)

Böyük Depressiya və İkinci Dünya müharibəsi dövründə formalaşan bu nəsil ənənəvi dəyərlərə sadiqdir. Rəhbərliyə hörmət edir, sabitliyi və aydın şəkildə müəyyən edilmiş rolları üstün tutur. Texnologiya ilə əlaqələri zəifdir.

"Bumer nəsli" (1946-1964)

Müharibədən sonrakı iqtisadi sabitlik şəraitində böyüyən bu nəsil güclü iş etikası və komanda ruhu ilə seçilir. Texnologiyaya tam adaptasiya olmasalar da, yeniliklərə açıqdırlar. Ənənəvi ünsiyyət formalarına - üzbəüz və aydın təmaslara üstünlük verirlər.

"X nəsli" (1965-1980)

Rəqəmsal inqilabın ilk iştirakçıları olan bu nəsil müstəqil işləməyi və azad qərar verməyi sevir. Onlar qeyri-rəsmi, lakin hörmətə əsaslanan ünsiyyətə üstünlük verir və mikromenecmentə qarşıdırlar.

"Mileniallar" (1981-1996)

Texnologiya ilə yaxın təmasda böyüyən bu nəsil iş-həyat balansına və şəffaf rəhbərliyə böyük önəm verir. Onlar əməkdaşlığa və çevik iş modelinə üstünlük verir, eyni zamanda distant işləmə imkanlarını yüksək qiymətləndirirlər.

"Z nəsli" (1997-2012)

Ən təhsilli və texnoloji yönümlü nəsil sayılan "Z nəsli" psixi sağlamlıq, iş yerində rifah və sosial məsuliyyətə diqqət yetirir. Onlar dəyərlərə əsaslanan idarəçiliyə və pozitiv geribildirime ehtiyac duyurlar.

İdarəetmədə nələrə diqqət yetirilməlidir?

Çoxnəsilli komandaların idarə olunmasında əsas çağırış müxtəlif yanaşma və gözləntilərin uzlaşdırılmasıdır. Məsələn, "Z nəsli" daha çox geribildirim gözlədiyi halda, "X nəsli" avtonomluğu üstün tutur. Gənclər tez-tez iş yerlərini dəyişir, yaşlı nəsil isə sabitliyə önəm verir. Eyni fəaliyyətin biri üçün mənalı, digəri üçün mənasız görünməsi mümkündür.

Liderlər bu fərqlilikləri anlayaraq onları idarəetmədə alət kimi istifadə etməlidirlər. Yaş fərqlərini komandanın gücünə çevirmək mümkündür.

Çoxnəsilli komanda üçün effektiv yanaşmalar

Fərdi töhfələri ön plana çəkin: Hər əməkdaş öz bacarığı ilə dəyərlidir. Nəsil fərqləri əhəmiyyətlidir, lakin fərdi keyfiyyətlər daha vacibdir.

Nəsil güclərindən faydalanın: Uyğun tapşırıqları uyğun nəsil nümayəndələrinə həvalə edin.

Müxtəlifliyi təşviq edin: Nəsillərarası əməkdaşlığı stimullaşdırmaqla innovasiya və yaradıcılığı artırmaq mümkündür.

Yaşa əsaslanan qruplaşmaların qarşısını alın: Mentorluq və emalatxana proqramları vasitəsilə nəsillərarası əlaqələri gücləndirin.

Liderlik üslubunu uyğunlaşdırın: Hər kəsin dəyərli və hörmətli hiss etdiyi mühit formalaşdırın.

Bu yanaşmalar sayəsində yaş fərqliliklərini maneə deyil, rəqabət üstünlüyü kimi dəyərləndirmək mümkündür.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

13.12.2025

SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

13.12.2025

Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO

13.12.2025

Əhali bank sisteminə güvənmir - İqtisadçı

13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək

Gələn ildən telefon və noutbuklar zəifləyəcək

13.12.2025
Larry Ellison bir gündə 25 milyard dollar itirdi

Larry Ellison bir gündə 25 milyard dollar itirdi

13.12.2025

Siqaret istehsalında milyard ədədlik artım

13.12.2025

Azərbaycan nefti cüzi bahalaşdı

13.12.2025

UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq

13.12.2025

Bakıda daha bir bazar sökülür - VİDEO

13.12.2025

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?

13.12.2025

Avtomobil benzini istehsalı artır

13.12.2025

Məzənnə

Yüklənir...