Redaktor
Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi azalır
Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar-may aylarında 2 milyard 526 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq 7,8 % azdır.
Azərbaycanın MDB ölkələrinə ixracının həcmi 620 milyon 604 min ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 % azdır.
Azərbaycanın MDB ölkələrinə idxalının həcmi 5,1% azalaraq 1 milyard 905 milyon 569 min ABŞ dolları olub.
MDB ölkələri arasında Azərbaycanın ən böyük ticarət dövriyyəsi Rusiya ilə aparılır. Belə ki, bu ilin yanvar-may aylarında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 740 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % azdır.
Azərbaycanın Rusiyaya ixracının həcmi 6,8 % azalaraq 437 milyon 979 min ABŞ dollar olub. Azərbaycanın Rusiyaya idxalının həcmi 1 milyard 302 milyon 122 min ABŞ dollar olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % azdır.
Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 203 milyon 31 min ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,9 dəfə azdır. Azərbaycanın Türkmənistana ixracının həcmi 32 milyon 13 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 16,4 % azdır. Hesabat dövründə Azərbaycanın Türkmənistandan idxalının həcmi 51,8 % azalaraq 171 milyon 18 min ABŞ dolları təşkil edib.
Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 199 milyon 581 min ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 46,3 % çoxdur. Azərbaycanın Ukraynaya ixracının həcmi 109,9% artaraq 74 milyon 328 min ABŞ dolları təşkil edib. Azərbaycanın Ukraynadan idxalın həcmi 23,9 % artaraq 125 milyon 253 min ABŞ dollar təşkil edib.
2024-cü ilin yanvar-may aylarında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 107 milyon 302 min ABŞ dolları olub. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 44,7% azalıb. Azərbaycanın Qazaxıstana ixracının həcmi 22 milyon 552 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 54,7% azdır. Azərbaycanın Qazaxıstandan idxalının həcmi 41,4% azalaraq 84 milyon 750 min ABŞ dollar təşkil edib.
Hesabat dövründə Azəbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 26 milyon 375 min ABŞ dolları təşkil edib. Bu, 2023-cü ili n yanvar-may ayları ilə müqayisədə 94,4 % artaraq 22 milyon 489 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Qırğızıstandan idxalının həcmi 3 milyon 886 min ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 92,2% artaraq 3 milyon 886 min ABŞ dolları təşkil edib.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının məşhur universitetində söküntü işləri başlayır
14.12.2025“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025