BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57376

Xakerlər tərəfindən bank kartlarının sındırılması və şəxsi hesablardan pulun oğurlanması hallarında bəzən müştərilər bank əməkdaşlarını ittiham edirlər. Sosial şəbəkələrdə bu tip hallarla bağlı paylaşımların rəylərdə bildirirlər ki, bank  işçiləri müştəri məlumatlarını xakerlərə verirlər. Bu da xakerlərin işini asanlaşdırır. Həqiqətən bank əməkdaşları müştəri məlumatlarını gizli şəkildə xakerlərə verə bilərmi?

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a açıqlamasında bildirdi ki, rasional şəkildə düşünsək, bank işçisi cüzi mənfəət qarşılığında işini və şəxsi etibarını riskə atmaq istəməz:

”Lakin, əldə edəcəyi mənfəət olduqca yüksək olarsa, səlahiyyətli bank işçisi tərəfindən bu məsələ yüksək peşəkarlıqla edilə bilər. Kiçik məbləğlərin bir neçə kartdan oğurlanması taktikası, əlbəttə ki, daha az diqqət çəkə bilər, amma bu proses uzun müddət davam edə bilməz. Şikayətlərə əsasən, bu hal dərhal araşdırılır. Belə bir məsəl var: "Bir nəfəri həmişə aladada bilərsən, amma hamını hər dəfə aldada bilməzsən. Yəni, bu məsələ o qədər də asan deyil".

E.Mahmudov qeyd edib ki, hər bir bank əməkdaşının fəaliyyətinin loqlanması, istənilən vaxt bu məlumatlara baxmaq imkanı verir. Bu da potensial münaqişələr və pozuntuların qarşısını almağa kömək edir: “Məlumatların qorunması və şəffaflığın artırılması üçün bu cür sistemlərin tətbiqi müasir bankçılıqda geniş yayılıb. Bu yolla banklar, həmçinin müştəri məlumatlarının təhlükəsizliyini təmin edə bilirlər. Dələduzluq hallarının artması bəzən həqiqətən də diqqət çəkir, amma gündəlik kart əməliyyatlarının miqdarını nəzərə alsaq, bu hadisələrin nisbəti kifayət qədər aşağıdır. İnsanların kart məlumatlarını düzgün qoruması, şüurlu davranış və təhlükəsizlik tədbirlərini yerinə yetirməsi bu cür halların qarşısını almağa kömək edəcək. Eyni zamanda, banklar və digər maliyyə institutları da müştəriləri daha çox maarifləndirməlidir ki, bu cür təhlükələrdən qorunsunlar”.

Ekspert vurğulayıb ki, gizli məlumatlarla işləyən sahələrdə təhlükəsizlik yoxlamaları ciddi şəkildə aparılır və işçilər işə qəbul edilməzdən əvvəl ətraflı yoxlanılır: “Bu da onların etibarlılığını və səlahiyyətlərini təmin edir. Hər bir işçiyə giriş səlahiyyəti verilməzdən əvvəl onların statusu və iş müddəti nəzərə alınır. Bu, məlumatların təhlükəsizliyini qorumaq üçün vacibdir. Sistemlərə və məlumatlara giriş, yalnız lazımi səlahiyyətlərə malik olan işçilərə verilir. Kartların CVC, PIN və OTP kodları yalnız müştərilərə məxsusdur və bank əməkdaşları bu məlumatları görə bilmir. Belə məlumatların üçüncü tərəflərlə paylaşılması mümkün deyil. Əməkdaşların bu cür məlumatları əldə etməsi və ya paylaşması həqiqətən absurd iddiadır. Bankların müştəri təhlükəsizliyini qorumaq üçün müxtəlif protokolları və standartları var. Bank müştərilərin təhlükəsizliyini təmin etmək üçün daima sistemlərini yeniləyir və təhlükəsizlik tədbirlərini gücləndirir”.

“Qeyd edim ki, bu sahədə 7-8 ildən çoxdur işləyirəm, amma bank əməkdaşının əsassız yerə kart məlumatlarına baxıb, şübhəli əməliyyatın olması və müştəridən vəsaitin oğurlanması ilə bağlı hala rast gəlməmişəm. Əgər əməkdaşın kart məlumatlarına baxışı müştərinin müraciəti ilə əlaqəlidirsə, bu, normaldır. Lakin əsassız baxışlar təhlükəli ola bilər. Bu zaman ilk növbədə, kart sahibi ilə əlaqə saxlayaraq vəziyyəti aydınlaşdırır və mümkün olan zərərin qarşısını almağa çalışırıq. Həmçinin, dələduzluq halları ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir. Məlumatlar sistemdə müvafiq müddət ərzində saxlanılır ki, bu da gələcəkdə oxşar halların qarşısını almağa kömək edir”, deyə ekspert əlavə edib.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin