Bank
25.05.2023 / 13:52
“Azərbaycan Beynəlxalq Bankı”nın səhm kapitalında dövlətin payı artıb
28782
2022-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) dövlətin səhm kapitalı artıb.
"APA-Economics" bu barədə Bankın illik audit hesabatına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Maliyyə Nazirliyinin ABB-nin nizamnamə kapitalındakı payı 2021-ci ildəki 91.40%-dən ötən il 92.56%-ə, Əmlak Məsələləri Dövlət Xidmətinin payı isə 3.76%-dən 3.81%-ə yüksəlib. Digər şəxslərin bankın səhm kapitalında payı 4.61%-dən 3.40%-ə enib, “AqrarKredit” BOKT QSC-nin payı isə dəyişməyərək 0,23% olub.
Ümumilikdə, isə ABB-nin səhm kapitalında dövlətin payı 95,39%-dən 96.6%-ə yüksəlib.
Qeyd edək ki, dövlət bankının nizamnamə kapitalı 1 mlrd. 225.65 mln. manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay