Azərbaycanda sığorta bazarı hansı şirkətlərin əlində cəmləşib? - Böyük payçılar

Redaktor

04.09.2024 10:51
1,188

Azərbaycanda sığorta bazarı hansı şirkətlərin əlində cəmləşib? - Böyük payçılar

Ölkədə hazırda 17 sığorta şirkəti fəaliyyət göstərir. Son illər ərzində sığorta bazarına heç bir şirkət daxil olmayıb. Lakin ölkədə son illərdə sığorta yığımlarında artım müşahidə edilir. Bu onu göstərir ki, artıq cəmiyyət sığorta bazarına etimad göstərməyə başlayıb. Sığorta cəmiyyətimizin, şirkətlərimizin aktiv alətinə çevrilir.

Valyuta.az sığorta bazarının hansı şirkətlərin əlində cəmləşdiyini, bazardakı yığımlarda əsaslı paya sahib olan şirkətləri araşdırıb.

Bu ilin yanvar-iyul aylarında sığorta şirkətlərinin yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 % artaraq 833 milyon 581 min manata çatıb.

Bəs ölkənin sığorta bazarında tendensiya necədir?

“Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri birlikdə bazarın təqribən 70 %-nə sahibdirlər.

Bu il “Paşa Həyat Sığorta”nın yığımları 377 milyon 770 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,5 % çoxdur. Şirkətin bazarda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 5,5 % artaraq 45,3 %-ə çatıb. Yəni, şirkət bazarın əsaslı hissəsinə sahibdir. 2023-cü ilin yanvar-iyul aylarında şirkətin sığorta yığımlarının həcmi 2022-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,2 % artaraq 761 milyon 801 min manat təşkil edib.

“Paşa Həyat Sığorta”nın bazarda payı artır

Ötən ilin hesabat dövründə “Paşa Həyat Sığorta”nın yığımlarının həcmi 2022-cü ilin müvafiq dövrü ilə müqayisədə 32 % artaraq 327 milyon 10 min manat artıb. Ötən il şirkətin ümumi sığorta bazarında payı 42,9 % olub.

“Paşa Sığorta” böyüyür

Bu il ölkədə sığorta yığımlarının həcminə görə “Paşa Sığorta” ikinci yerdə qərarlaşıb. Şirkətin yığımlarının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 % artaraq 205 milyon 213 min manat təşkil edib. Şirkətin bazarda payı 24,6 % olub.

“Paşa Sığorta” 2023-cü ildə

2023-cü ildə isə şirkətin yığımlarının həcmi 188 milyon 862 min manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çoxdur. Həmin il şirkət bazarın  24,7 %-nə sahib olub.

“Qala Sığorta” 52 milyon manatdan çox yığımla, bazarda 6,2 %-lik paya sahibdir

“Qala Sığorta”nın yığımlarının həcmi bu ilin 7 ayında 52 milyon 35 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,6 % çoxdur. Bu, sığorta yığımları bazarın 6,2 %-ni təşkil edir.

2023-cü ilin hesabat dövründə “Qala Sığorta”nın yığımlarının həcmi 41 milyon 431 min manat olub ki, bu da 2022-ci ilin hesabat dövrü ilə müqayisədə 55,7 % çoxdur. Həmin il şirkətin bazarda payının həcmi 5,4 % olub.

“Atəşgah Həyat Sığorta”

“Atəşgah Həyat Sığorta”nın yığımlarının həcmi 51 milyon 92 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,2 % çoxdur. Bu ilin hesabat dövründə şirkətin bazarda payı 6,1 % olub.

2023-cü ildə şirkətin yığımlarının həcmi 38 milyon 366 min manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 30,1 % çoxdur. Şirkətin 2022-ci ildə bazarda payı 5 % olub.

“Atəşgah Sığorta” 3,9 %-lik pay

“Atəşgah Sığorta”n bu ilin 7 ayında 33 milyon 211 min manat sığorta haqqı yığıb, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 56,7 % çoxdur. Şirkətin bazarda payı bu il 3,9 % olub.

2023-cü ilin yanvar-iyul ayında “Atəşgah Sığorta”nın yığımlarının həcmi 21,200 min manat olub ki, bu da 2022-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Digər sığorta şirkətlərinin bazarda payları çox azdır. Qeyd edilən şirkətlərin bazarda daha çox paya sahib olması onların daha çox növ sığorta məhsulu təklif etməsi, yaxud da ölkədə bu şirkətlərə üstünlük verilməsi ilə bağlıdır.

Nara

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...