BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
71723

Azərbaycanlı gənc mütəxəssis İsmayıl Əliyev Londonda “Position Green” şirkətində ətraf mühit, sosial və idarəetmə (ESG) sahəsində analitik kimi çalışır. Kimya mühəndisliyindən başlayaraq Avropa üzrə “Erasmus Mundus” magistr proqramı, BMT-də təcrübə və hazırkı peşəkar fəaliyyəti onu bu sahədə nümunəvi bir mütəxəssisə çevirib. O, AZƏRTAC-a müsahibəsində iqlim dəyişikliyi, karbon emissiyalarının hesablanması və bu sahədə Azərbaycanın atdığı addımlar haqqında danışıb.

-İsmayıl bəy, bu sahəyə marağınız necə yarandı? 

-Azərbaycanda kimya mühəndisliyi üzrə təhsil aldığım dövrdə sənaye müəssisələrində təcrübə keçmişdim. Bu müddətdə ətraf mühitə təsir edən proseslərə daha çox diqqət yetirməyə başladım və dayanıqlı inkişaf sahəsinə marağım formalaşdı. Həmçinin Azərbaycanda olduğum müddətdə BMT-nin Bakı ofisində məlumatların idarə olunması üzrə assistent kimi çalışmışam. İxtisasımı dəyişərək “Erasmus Mundus” proqramı çərçivəsində tam təqaüdlə Avstriyada, Yunanıstanda və Böyük Britaniyada

Ətraf mühit elmləri, siyasəti və idarəetməsi üzrə magistr təhsili almışam. İlk dəfə karbon ayaq izinin hesablanması üzrə fəaliyyətə Slovakiyada yerləşən bir konsaltinq şirkətində başladım. Burada qazandığım təcrübə məni daha böyük motivasiya verdi və bu sahədə qalmaq qərarına gəldim.

-Hazırda Londonda hansı işlə məşğulsunuz?

Londonda “Position Green” adlı şirkətdə ESG üzrə analitik kimi çalışıram. Biz müxtəlif şirkətlərə onların karbon izi və dayanıqlılıq göstəricilərinin hesablanmasında və təhlilində dəstək veririk.

Müştərilərimiz arasında enerji şirkətləri, investisiya fondları və digər böyük təşkilatlar var. Onlar hər il hökumət və ya investor tələblərinə uyğun olaraq dayanıqlılıq hesabatı hazırlamalıdırlar. Biz isə bu hesabatların əsas hissəsi olan karbon və digər ekoloji göstəriciləri beynəlxalq və yerli standartlara uyğun şəkildə hesablayırıq. Bu iş çoxlu riyazi və texniki analiz tələb edir. Bu hesabatlar auditdən də keçir. Məqsədimiz müştəri şirkətlərin bu prosesləri mümkün olan ən yüksək səviyyədə yerinə yetirməsinə kömək etməkdir.-

-Emissiyalar konkret olaraq necə hesablanır? 

Müştəri şirkət bizə müraciət etdikdə, ilk olaraq “screening” mərhələsi həyata keçirilir, yəni, şirkətin potensial emissiya mənbələri təyin olunur. Məsələn, əgər şirkətin nəqliyyat vasitələri varsa, bu maşınlar benzin və ya dizel yanacağı ilə işləyirsə, bu yanacaq sərfiyyatından yaranan emissiyalar birbaşa şirkətin karbon izinə daxil edilir. Ofisdə istifadə olunan isitmə sistemləri, elektrik enerjisi də bu hesabatlara daxildir.

Bunlar əsasən birbaşa və ikinci dərəcəli emissiyalardır. Daha mürəkkəb olan üçüncü dərəcəli emissiyalar isə şirkətin təchizat zəncirində yaranır. Məsələn, bir şirkət məhsul istehsal edirsə və bu prosesdə xammallardan istifadə olunursa, həmin xammalların istehsalı zamanı yaranan emissiyalar da əsas şirkətin karbon izinə əlavə edilir.

Banklar və maliyyə institutları ilə işləyərkən 15-ci kateqoriya emissiyalar xüsusilə vacibdir. Bu, investisiya və maliyyə fəaliyyəti nəticəsində yaranan emissiyaları əhatə edir. Əgər bir bank hansısa şirkətin səhmlərinin 10 faizinə sahibdirsə, həmin şirkətin karbon emissiyalarının 10 faizi də bankın məsuliyyəti sayılır.

Emissiyaları azaltmaq üçün ilk addım onların dəqiq ölçülməsidir. Ölçmələrdən sonra biz bu emissiyaların konkret olaraq haradan və necə yarandığını təhlil edirik. Daha sonra isə şirkətə həmin emissiya mənbələrinə uyğun fərdi “Yol xəritəsi” təqdim edirik. Buraya texnologiyanın yenilənməsi, bərpaolunan enerji mənbələrinə keçid və ya təchizat zəncirində dəyişikliklər daxil ola bilər.

-Dayanıqlılıq üzrə analitik olaraq bu sahədə hazırda dünyada xüsusilə Birləşmiş Krallıqda hansı tendensiyalar müşahidə edilir? 

Bu, olduqca dinamik və sürətlə inkişaf edən bir sahədir. Son 3-4 ildə həm Azərbaycanda, həm də Böyük Britaniyada dayanıqlılıq sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Xüsusilə korporativ sektorun ESG meyarlarına uyğunlaşması artıq həm dövlət, həm də investorlar tərəfindən tələb olunur. Bu isə şirkətləri dayanıqlılıq strategiyalarını yenidən formalaşdırmağa və biznes modellərinin əhəmiyyətli bir parçası olmasını zəruri edir.

Böyük Britaniyada “xalis sıfır emissiya” (net zero) hədəfi əsas strateji istiqamətlərdən biridir və bununla bağlı bərpaolunan enerji, yaşıl nəqliyyat və dairəvi iqtisadiyyat sahələrinə ciddi investisiyalar ayrılır. Şirkətlər də bu dəyişikliklərə uyğunlaşmaq üçün öz fəaliyyətlərini transformasiya edir.

Eyni zamanda, süni intellekt və rəqəmsal alətlər emissiyaların ölçülməsi, məlumatların emalı və risklərin təhlili kimi proseslərdə getdikcə daha çox tətbiq olunur. Qanunvericilik isə həm milli, həm beynəlxalq səviyyədə tez-tez dəyişdiyi üçün biz bu dəyişiklikləri daim izləyib müştərilərə uyğun həll yolları təqdim etməliyik. Azərbaycanda da bu istiqamətdə irəliləyişlər var.

Azərbaycan uzun illər enerji ölkəsi kimi tanınıb, lakin son dövrlərdə dayanıqlı inkişaf və “yaşıl enerji” keçidi sahəsində mühüm addımlar atılır. COP29-un Bakıda keçirilməsi bu sahəyə olan beynəlxalq marağın və ölkədaxili diqqətin göstəricisidir. Günəş və külək enerjisi layihələri, yaşıl mobillik təşəbbüsləri və qanunvericilik islahatları bu istiqamətdə müsbət dinamikanı əks etdirir. Özəl sektor, xüsusilə banklar da bu prosesə fəal şəkildə qoşulmağa başlayıb ki, bu da dayanıqlı iqtisadi modelə keçid üçün vacib və qabaqcıl bir yanaşmadır.

-Londonda yaşamaq işləmək sizə bu sahədə öyrədib? 

-London əhalinin sıx olduğu böyük metropoldur, burada təxminən 10 milyon insan yaşayır. Hava çirkliliyi, tıxac və yaşayış keyfiyyəti ilə bağlı çətinliklər var. Lakin bu problemlərlə mübarizə üçün uğurlu addımlar atılıb. Məsələn, 2003-cü ildən etibarən tətbiq olunan “ULEZ zonası” və tıxac vergisi şəhər mərkəzində avtomobil sıxlığını azaldıb. Həmçinin Londonda yaşıllıqların qorunması çox yüksək səviyyədə təmin olunur. Bu şəhər Avropanın ən yaşıl paytaxtlarından biri sayılır və bu təcrübədən Bakı kimi şəhərlər də faydalana bilər.

-Gələcək planlarınız nələrdir? 

-Qısa müddətdə özəl sektorda qalaraq şirkətlərin karbonsuzlaşması və “yaşıl iqtisadiyyat”a keçid prosesində iştirak etmək istəyirəm. Uzun müddətdə isə BMT kimi beynəlxalq təşkilatda çalışmaq arzusundayam. Mənim üçün əsas məsələ gördüyüm işin təsirini maksimuma çatdırmaqdır. Eyni zamanda, Azərbaycanda bu sahədə fəaliyyət göstərmək də planlarım arasındadır.

-Bu sahəyə gəlmək istəyən gənclərə tövsiyə edərdiniz? 

Bu sahəyə marağı olan gənclər bilməlidirlər ki, burada hər şey çox sürətlə dəyişir. Daim yenilənən qanunlar, texnologiyalar və standartlar var. Mən magistraturada dissertasiyamı Avropa İttifaqı ölkələrinin külək enerjisi hədəfləri üzərində yazırdım. Amma dissertasiyanı başa çatdırmağa bir ay qalmış Aİ ölkələri öz hədəflərini yenilədi və mən bütün hesablamaları yenidən aparmalı oldum. Bu, bir nümunədir və iş mühitində də bənzər hallar tez-tez yaşanır. Ona görə bu sahədə uğurlu olmaq üçün dəyişikliklərə çevik uyğunlaşmaq və daim öyrənməyə açıq olmaq vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin