BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
32972

İngiltərə Premyer Liqasında dünyanın ən dəyərli ulduzları sırasında yer alan bəzi futbolçuların müqaviləsi 2024-cü ildə bitəcək. Bir oyunçu üçün hansısa kluba azad agent kimi getmək yaxşı hal sayılır. Çünki belə olanda gedəcəyi klubdan daha böyük bonuslar almaq şansı yaranır. Bəs 2024-cü ildə müqaviləsi bitəndən sonra azad agent olacaq bəzi bahalı futbolçular kimlərdir? Hansı ki, digər klublar onları pulsuz şəkildə transfer edə bilər. 

Valyuta.az həmin futbolçuların adlarını təqdim edir. Oyunçuların qiymətləri “Transfermarkt”dan götürülüb.

Andre Qomeş

Nəhayət “Everton”la müqaviləsinin son ilində olan portuqaliyalı yarımmüdafiəçinin varlığını unutduğunuz üçün sizi qınamazdıq. O, bu mövsüm Sin Diçin komandasında hələ də bir dəqiqə belə futbol oynamayıb və transfer pəncərəsi bağlanana qədər Türkiyəyə gedəcəyi bildirilirdi. “Transfermarkt” Qomeşi 13,7 milyon funt-sterlinq dəyərində qiymətləndirir. Bu da onun Tyaqo Alkantara, Coel Matip və Antoni Marsial kimi ulduzları qabaqladığını göstərir. Buna əminlik olmasa belə…

Tosin Adarabioyo

“Football Insider”in məlumatına görə, “Tottenhem” 2024-cü ilin yanvarında “Fulhem”in müdafiəçisinin heyətinə qatmağı nəzərdən keçirir. 25 yaşlı müdafiəçinin qiyməti 16 milyon funt-sterlinqdir və yanvarda komandadan ayrılmaq ehtimalı yüksəkdir. “Fulhem”in müqavilə yeniləmə təklifini rədd etdikdən sonra, onun klubdan azad agent kimi ayrılacağı görünür. 

Coş Bravnhill

“Börnli”nin yarımmüdafiəçisi, ötən il inanılmaz mövsüm keçirdi. Komandasında yeddi qol vuran futbolçu eyni zamanda səkkiz məhsuldar ötürmə ilə də yadda qaldı. İndi Premyer Liqada Bravnhillin imkanları bir qədər məhdudlaşıb. Vinsent Kompaninin üstünlük verildiyi yarımmüdafiə xətti əvvəl Coş, Kullen və Sander Bercdən ibarət idi. 27 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacağından o, gələcək üçün seçimlərini nəzərdən keçirə bilər. Hazırda 15,4 milyon funt-sterlinq dəyərində qiymətləndirilən oyunçu Çempionşip klublarının da maraq dairəsindədir. 

Lloyd Kelli

Yayda həm “Liverpul” həm də “Tottenhem” Kellini transfer etmək istəsə də bu  keçid baş tutmadı. Sol cinah və mərkəz yarımmüdafiəçisi hazırda 15,4 milyon funt-sterlinq dəyərində qiymətləndirilir. 

Viktor Lindelöf

İsveçli müdafiəçinin mövsümün sonunda müqaviləsi bitsə də, “Mançester Yunayted”də daha bir il oynamaq imkanı var. Lisandro Martinez və Rafael Varanın zədələrini nəzərə alsaq, Lindelöfün start “11-lik”də yarışmaq şansı qalır. Hazırda bazar dəyəri  15,4 milyon funt-sterlinqdir ki, bu da "Mançester Yunayted"in ona xərclədiyi ilkin məbləğin təxminən yarısıdır.

Erik Dayer

Ange Postecoqlunun, bu futbolçudan canını qurtarmaq istədiyini desək bəlkə də yanılmarıq. “Tottenhem” yayda Dayeri satmaq istəsə də alınmadı. Buna baxmayaraq baş məşqçinin gələcək planlarına daxil olmayan 29 yaşlı oyunçunun 2024-cü ildə komandadan ayrılma ehtimalı çox yüksəkdir. Bu günlərdə onun qiyməti 15,4 milyon funt-sterlinq olaraq dəyərləndirilir. 

Pablo Fornals

“Vest Hem”in oyunçusu 18,9 milyon funt-sterlinq dəyərində qiymətləndirilir və mövsümün sonunda “çəkiclər”lə müqaviləsi başa çatacaq.

Aaron Van-Bissaka

Lindelöf kimi, "Mançester Yunayted"in də Van-Bissaka ilə müqaviləni əlavə bir il uzatmaq və onu 2025-ci ilə qədər “bağlamaq” seçimi var. Sağ cinah müdafiəçisi Ten Haqın rəhbərliyi altında start heyətdə yerini qazanmaq üçün özünün yaxşı tərəfdən göstərdi. Ancaq baş məşqçi onun mövqeyində Dioqo Dalota üstünlük verirdi. Buna baxmayaraq Van-Bissaka o öz dəyərini sübut etdi. 25 yaşlı futbolçunun qiyməti hazırda 21,4 milyon funt- sterlinqdir və çox güman ki, müqavilə müddətini uzadacaq.

Corcinyo

Keçən yay "Arsenal"a qoşulan 31 yaşlı futbolçunun klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər geniş yayılıb. İspaniya və Türkiyə klubları ilə aparılan danışıqlara baxmayaraq, meneceri yarımmüdafiəçinin Şimali Londonda xoşbəxt olduğunu israr edir. Corcinyo hazırda 21,4 milyon funt-sterlinq dəyərində qiymətləndirilir və tezliklə gələcək üçün seçimlər etməyə başlayacaq.

Tomas Suçek

30 milyon funt-sterlinq transfer qiyməti olan Suçek Premyer Liqanın 2024-cü ildə müqaviləsi bitən ən dəyərli ulduzdur.  “TEAMtalk”a görə, “Çəkiclər” 28 yaşlı oyunçuya yeni uzunmüddətli müqavilə təklif edib və o, klubunu dəyişməyə hazırdır. “Vest Hem” yarımmüdafiəçini 2020-ci ildə “Slaviya”dan (Praqa) qayıtdıqdan sonra kifayət qədər yaxşı təsir bağışladığı üçün saxlamaq istəyəcək.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin