BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
31581

“Mançester Yunayted”, “Liverpul” və “Çelsi”nin keçmiş ulduzları karyeraları ərzində ən çox pul ödənilən futbolçular arasındadır. Avropanın ən böyük klubları yüksək reytinqli oyunçuları transfer etmək üçün büdcələrini belə “sındırmağa” hazırdır və PSJ 2017-ci ildə Neymarı almaqla dünya rekordunu qırdı.  

Valyuta.az “Transfermarkt”dan götürülmüş rəqəmlərə əsasən ümumilikdə ən yüksək transer haqqı olan futbolçuların siyahısını təqdim edir.

Zlatan İbrahimoviç – 169,1 milyon avro

“Ayaks” “Yuventus”, “Barselona”, ​”Milan”, “İnter”, PSJ, “Mançester Yunayted”... İbrahimoviçi bu siyahıda görmək heç də təəccüblü deyil.

Anhel Di Maria –  179 milyon avro

Di Maria 2007-ci ildə “Rosario Central”dan səkkiz milyon avroya "Benfika"ya keçdi və onun effektli performansı 2010-cu ildə 33 milyon avroya “Real”a transferinə səbəb oldu. “Mançester Yunayted” 2014-cü ildə Di Marianın transferi üçün rekord qırdı, lakin gələndən cəmi bir il sonra ona ciddi maliyyə itkiləri səbəbindən klubu tərk etməyə icazə verildi. Dünya çempionatının son qalibi PSJ və “Yuventus”da müxtəlif uğurlar qazandıqdan sonra bu yay yenidən “Benfika”ya qayıtdı. 

Kilian Mbappe –  180 milyon avro

Mbappe karyerasında cəmi bir dəfə transfer olunsa da yenə ilk “dördlük”də yerini alır. O, “Monako”nun sıralardan keçdi və 2016-17-ci illərdə PSJ-yə birmövsümlük icarəyə verildi. Daha sonra 180 milyon avroya PSJ futbolçunun transfer haqqına tam şəkildə yiyələndi. O, meydana çıxdığı 260 oyunda vurduğu 212 qolla qiymətini bir qədər də artırdı. Mbappenin adı bu yay “Real”la çox hallanırdı. Görünür, hələ ki, Fransada qalmaq niyyətindədir. 

Antuan Qrizman –  180 milyon avro

Qrizman “Real Sosyedad”dan 2014-cü ildə “Atletiko”ya 30 milyon avroya transfer oldu. Fransa millisinin üzvü daha sonra Dieqo Simyonenin rəhbərliyi altında meydana çıxdığı 257 oyunda 133 qol vuraraq dünyanın ən yaxşı hücumçularından birinə çevrildi. 2019-cu ildə 120 milyon avroya “Barselona”ya keçsə də 32 yaşlı futbolçu orada “Atletiko”dakı kimi performans göstərə bilmədi. “Barsa” borclarını qaydasına salmaq haqda düşündüyü bir məqamda Qrizman növbəti mövsüm üçün 20 milyon avroluq daimi müqavilə ilə 2021-ci ilin avqustunda “Atletiko”ya qaytarıldı.

Filipp Koutinyo –  180,3 milyon avro

Koutinyo 2013-cü ildə "İnter"dən cəmi 13 milyon avroya "Liverpul"a transfer olundu. Beş il sonra isə 122 milyon avro dəyərində olan müqavilə ilə "Barselona"ya satıldı. Braziliya millisinin üzvü katalon klubunda ümidləri doğrultmadı və Koutinyo 2019-20-ci illərdə “Bavariya”ya icarəyə verilməklə İspaniya macərası bitdi. O, “Aston Villa”ya keçsə də baş məşqçi  Unai Emerinin etimadını doğrultmadı. Önümüzdəki həftələrdə Koutinyonun da bir çox ulduzlar kimi Səudiyyə Ərəbistanı klublarından birinə keçidi gözlənilir.

Alvaro Morata –  189 milyon avro

Futbolun böyük köçərilərindən biri olan Morata artıq Avropanın ən böyük klubları arasında dörd dəfə səs-küylü transferi həyata keçirilib. Hücumçu “Real”ın akademiyasında yetişib, 2014-cü ildə 20 milyon avroya "Yuventus"a satılıb, lakin Madrid klubu iki il sonra onu geri qaytarıb.  “Çelsi”dəki uğursuz çıxışından sonra 2020-ci ildə yenidən “Atletiko”ya qayıdıb. 30 yaşlı oyunçu 2022-ci ilə qədər icarə əsasında "Yuventus"da oynayıb. Onun hazırda Madridə qayıdacağı gözlənilir. 

Ousmane Dembele –  22 milyon avro

“Borussiya” (Dortmund) gənc istedada çox böyük diqqət yetirir və 2016-cı ildə “Renn”dən Dembeleni cəmi 13 milyon funt-sterlinqə transfer etdi. Almaniyada cəmi bir il keçirdikdən sonra cinah oyunçusu Neymarın əvəzi olaraq 135,5 milyon funt sterlinqlik müqavilə ilə “Barselona”ya qatıldı və Dortmund klubunda altı parlaq mövsüm keçirdi. O, son bir neçə ildə zədə problemlərindən əziyyət çəkirdi. Üstəlik “Barselona” ilə aralarında narazılıq yaşandığı bildirilirdi. Lakin Dembele 2022-ci ilin yayında müqavilənin uzadılmasına səbəb olacaq qədər yaxşı oynadı və nəticədə bu yay PSJ-yə keçməklə klubuna 50 milyon avro qazandırdı.

Kriştiano Ronaldo –  247 milyon avro

“Mançester Yunayted” tərəfindən “Sportinq”dən cəmi 19 milyon avroya alınan Ronaldo “Old Traffordda” dünyanın ən yaxşı oyunçularından birinə çevrildi. “Real” daha sonra 2009-cu ildə cinah oyunçusunu 94 milyon avroya İspaniyaya gətirdi və o, bütün yarışlarda meydana çıxdığı 438 oyunda 450 qol vurmaqla əla qazanc mənbəyi olduğunu sübut etdi. "Los Blancos"la iki dəfə La Liqa və dörd dəfə Çempionlar Liqasının qalibi olan 36 yaşlı futbolçu 2018-ci ildə 117 milyon avro qarşılığında "Yuventus"a transfer olub. Ronaldo daha sonra “Yuventus”dan “Manmçester Yunayted”də qayıdaraq 17 milyon avroluq kiçik bir ödəniş qarşılığında müqavilə imzaladı. Ötən ilin dekabrında qızılı rəngli uşaq arabası istehsalçısı “Toys 'R' Us”la əməkdaşlığa başladıqdan sonra Səudiyyə Ərəbistanına rekord məbləğ qarşılığında keçdi. 

Neymar –  310 milyon avro

“Santos”dan sonra Neymar 2013-cü ildə Lionel Messi və Luis Suarezində olduğu “Barselona”ya 88 milyon avroya transfer olunmaqla “ölümcül hücum üçlüyü”nün ayrılmaz hissəsinə çevrildi.  PSJ daha sonra 2017-ci ilin yayında o vaxt dünya rekordu sayılan 222 milyon avro müqabilində forvardı heyətinə qatdı. 31 yaşlı futbolçu artıq "Al-Hilal"la müqavilə imzalayıb. Klubun bu transferə görə 90 milyon avro xərclədiyi bildirilib. 

Romelu Lukaku –  333,6 milyon avro

Lukaku karyerası ərzində tez-tez fikrini dəyişsə də effektli qol duyumu var. Hücumçu 2011-ci ildə 15 milyon avroya "Anderlext"dən "Çelsi"yə, 2014-cü ildə 20 milyon avro müqabilində "Everton"a satılıb. 2017-ci ildə 84 milyon avrio qarşılığında “Mançester Yunayted”ə keçən futbolçu, iki il sonra “Mançester Yunayted” onu 74 milyon avroya “İnter”ə satdı. 30 yaşlı futbolçu “İnter”in heyətində meydana çıxdığı 95 oyunda 64 qola imza atdı. 2021-ci ildə “Çelsi”yə 113 milyon avro qarşılığında icarə əsasında qayıdan Belçika millisinin üzvü, “İnter”ə növbəti qayıdışında ümidləri doğrultmadı. Çempionlar Liqasının finalındakı uğursuzluqdan sonra hücumçu “İnter”lə bağları qoparıb, yenidən “Çelsi”yə qayıtdı. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kreditlə avtomobil almaq istəyənlərəNƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin