BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
28774

Bir neçə müddətdir ki, dövlət satınalmalarının vahid internet portalında elan edilən iriməbləğli tenderlər və qaliblərli ilə bağlı xəbərlər dərc edilir.

Son günlər isə yazdığımız xəbərlərdə bəzi məqamlar diqqətimizi cəlb etməkdədir. Həmin tenderlərin qalibi olan şirkətlərləri araşdırarkən məlum olur ki, bir çoxu nizamnamə kapitalı 10-100 manat arasında kiçik məbləğlərə sahib olan MMC-lərdir. 

Bir neçə gün əvvəl daha ətraflı məlumat almaq üçün həm adıçəkilən portala, həm də İN yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” və “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” bölmələrinə baxış keçirdik və bir çox qaranlıq məqamlara aydınlıq gətirdik. 

Aydın oldu ki, bəzi şirkətlər hansısa dövlət orqanının satınalmalarla bağlı tenderindən bir neçə gün əvvəl yaradılır, dövlət qeydiyyatına alınır və nizamnamə kapitalı kimi ən azı 10 manat müəyyən edilir. Tender başlayan kimi isə həmin şirkət müsabiqəyə qoşulur, qısa müddətdə yüksək məbləğli tenderin qalibi olur və aralarında böyük bir satınlama müqaviləsi imzalanır.

Belə bir sual yaranır: 

Nizamnamə kapitalı 10 manat və digər kiçik məbləğə malik şirkətlər hansı əsaslarla çox milyonluq tenderin qalibi olurlar? “Dövlət satınlamaları haqqında” qanunda bu və digər məsələlər necə tənzimlənir? 

Bizim.Media-nın bu və digər suallarını cavablandıran hüquqşünas Əsabəli Mustafayev, son illər ən böyük büdcə yeyintilərinin tenderlərdə baş verdiyini diqqətə çatdırıb:

“Həmin tenderlər elan olunaraq formal şəkildə ictimailəşdirilsə də, “qara mətbəxləri” var və bütün məsələlər burada həll olunur. “Dövlət satınlamaları haqqında” qanunda tenderlərlə bağlı məsələlər tam açıqlanmayıb və açıq qalan məsələlər var. 

Bir çox mütəxəssislər, qurumlar və ya QHT-lər dəfələrlə qanuna dəyişikliklərin edilməsini, ən azı 10 illik iş təcrübəsinə malik olan şirkətlərin tenderlərdə iştirakı, maliyyə dövriyyəsi və maliyə idarəçiliyi, texnoloji resursları və avadanlıqları, texniki vasitələri və kadr potensialı haqqında məlumatların da mütləq əks olunmasını da təklif ediblər. Ancaq təkliflər qulaqardına verilib və qanunda heç bir dəyişiklik edilməyib. 

Buna görə də dünən yaradılmış müəssisə bu gün rahatlıqla tenderdə iştirak edir. Amma adi bir QHT müsabiqəyə qoşulanda, ondan layihəsinə maliyyə dövriyyəsi və təcrübəsi, gördüyü iş və hansı layihələri həyata keçirməsi ilə bağlı məlumatları əks etdirməsi tələb olunur. Bir çox hallarda aidiyyatı dövlət orqanlarına sorğular göndərilsə də, həmin müəssisələrin təsisçiləri haqqında da məlumat almaq olmur. Üstəlik, mövcud qanunvericilik də bu halları qadağan etmir”. 

Tenderin qaydaları ilə bağlı bəzi məlumatları diqqətə çatdıran ekspert bildirib ki, iştirakçı olan şirkətin müəyyən miqdarda vəsaiti olmalıdır:

“Şirkət bunun ən aşağısı 2 faizini ayıraraq bank hesabında yatırmalıdır ki, bu da təxminən 20.000 manat deməkdir. Bundan sonra tenderdə iştirak etmək hüququ qazanmalıdır. Amma bu qaydaya əməl olunmur və bank hesabında ən kiçik məbləğlər olan şirkətlərə də pul ayrılır. Bu şirkətlər birdəfəlik şirkətlərdir və tenderlərdə iştirak etmək üçün yaradılıb. Tenderdə qalib gəlirlər, əldə etdikləri vəsaitləri aralarında bölüşdürürlər, sonra isə ləğv olunurlar. Bununla da həm vergilərdən, həm də gələcək yoxlamalardan yayınırlar”. 

Şirkətlərin bir çoxunun tenderi keçirən dövlət orqanlarının və nazirliklərinin rəhbərlərinə aid olduğunu söyləyən hüquqşünas, yaxın keçmişdə icra hakimiyyəti və orqanlarında baş verən həbsləri xatırladıb:

“Nazirliklərdə, komitələrdə və icra hakimiyyətlərindəki həbslərlə bağlı mətbuatda xeyli məlumat yayıldı. İstintaq materialları da göstərir ki, həbs olunan məmurların bir çoxu tender əməliyyatlarında böyük vəsaitlərin yeyilməsində və korrupsiya hallarının baş verməsində iştirak edənlərdir. Kiçik məbləğli şirkətlərin çoxu da dolayısı ilə ya həmin şəxslərə bağlıdır, ya da yaxın qohumlarına, tanışlarına məxsusdur”. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin