BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
10217

Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə tutduğu vəzifədən azad edilib.

Əhməd Əhmədzadə 1945-ci ildə Qax rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlayıb, 1966- cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967- 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib.

1975- 1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub, 1976- 1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya- siyasi təhsili alıb, 1978- 1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980- 1987-ci illərdə Azərbaycan KP Füzuli RK- nın birinci katibi, 1987- 1991-ci illərdə Azərbaycan KP Şəmkir RK- nın birinci katibi, 1991- ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

1981- 1995-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.

1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru işləyib.

O, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri işləyirdi.

Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olub.

Ə.Əhmədzadə Azərbaycan Respublikasının bir sıra orden və medalları təltif edilib. O, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2011-ci ildə ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

2015-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı" və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeni alıb.

Ailəlidir, üç övladı var.

Ə.Əhmədzadə Mərkəzi Bankın sədri Elman Rüstəmovla qudadır. Belə ki, Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadə E.Rüstəmovun qızı Günel Rüstəmova ilə evlənib və hazırda Londonda yaşayırlar.

Ə.Əhmədzadə Azərbaycandakı oliqarx-məmurlardan biri kimi tanınırdı...

Əhmədzadə ailəsinə məxsus şirkətlərlə bağlı mətbuatda silsilə yazılar dərc olunub. Bu ilin fevralında dərc olunan yazıda bildirilir ki, Ə.Əhmədzadənin oğlu Cumanın “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.

Ə.Əhmədzadənin sərvətlərinin siyahısı:


VİLLA və MƏNZİLLƏR

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikənə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.


HOTELLƏR və RESTORANLAR:

Qaxda “El Resort” otel kompleksi;

Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;

İlisu kəndində “Yaşıl Park” otel kompleksi;

“Səngər Qala” otel kompleksi,

“Ulu Dag” oteli,

Qax rayonu, Eden Park Hotel;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.

Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı

Bakıda “Zakura Yapon mətbəxi” restoranı


YERLİ ŞİRKƏTLƏRİ və OBYEKTLƏRİ:

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

“ULUYURD” şirkətlər qrupu:

“Advisors CO.” şirkəti;

“Proyekt”, MMC şirkəti;

“Çağdaş“ MMC şirkəti;

“Elit-R1“ MMC şirkəti;

“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;


XARİCDƏ OLAN ŞİRKƏTLƏRİ:

Çexiyada “ALPS s.r.o.” şirkəti;

İngiltərədə “GYUNEL LİMİTED” şirkəti

İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət

Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur.


VƏZİFƏDƏ OLAN YAXIN QOHUMLARININ BİR HİSSƏSİNİN ADI:

Qardaşı Mübariz Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;

Rəşad Əhmədzadə polis orqanlarında Bölmə rəisi;

Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;

Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri;

Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi;

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin