BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
46931

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.

“Yeni Bakcell-in məqsədi Azərbaycanın dəyərli xalqına innovativ xidmətlər təqdim etməkdir. Yeni brend kimliyimiz zahiri görünüş, məzmun və mövqeləndirmə müstəvisində cəsarətli dəyişiklikləri əks etdirir. Bununla biz, Bakcell daxilində fəaliyyətimizin məqsədini yeni istiqamətə yönləndirəcəyik. Diqqət mərkəzimizdə sırf yeniliklər dayanacaq. Azərbaycana vacib olan və əhəmiyyət kəsb edəcək innovasiyaların gətirilməsi bundan sonra da bizim yolumuzu şimal ulduzu kimi istiqamətləndirəcək”, - Klaus Müller vurğulayıb.

Belə ki, şirkətin yeni vizual həlli 5 dinamik fiqurun ulduz şəklində düzüldüyü və gələcəyə yol açan bir loqonu ərsəyə gətirir. Beləliklə, Bakcell-in şimal ulduzu bəzən insanları, bəzən məkanları, əksər hallarda isə, dəyərli anları birləşdirərək bir-birinə bağlayır. Bu innovativ dizayn Bakcell-in rəqəmsal gələcəyə sürətli sıçrayışının təcəssümüdür.

Mətbuat konfransında süni intellektlə dəstəklənən insanabənzər robot təqdim edən Bakcell şirkəti, bununla Bakcell-in müştəriləri ilə qarşılıqlı əlaqəsi və işçi qüvvəsinin potensialını artırmaq üçün yeni innovativ brend kimliyində süni intellektin istifadəsini təsdiqləyib.  Bakcell-in hədəfi qarşıdan gələn innovasiyalar silsiləsi vasitəsilə bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli mobil şəbəkəni təmin edərək dəyər təkliflərini artırmaqdır.

Ötən il Bakcell şirkəti yeni brend kimliyinin konsepsiyasının hazırlanmasını Meta və Alphabet kimi beynəlxalq miqyasda tanınmış brendlərlə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti “Saffron”a həvalə edib. Bakcell inqilabi yeni innovativ yanaşmanı bütün dəyər zənciri boyunca  təqdim etdi. Bakcell əsas təchizatçısı Azerconnect ilə əməkdaşlıq edir və onlar birlikdə Cisco, Huawei, Nokia, Ericsson və digərləri kimi qabaqcıl beynəlxalq təchizatçı və tərəfdaşlarla çalışırlar. Buraya həmçinin Neqsol ailəsi çərçivəsində Vodafone Ukrayna və onun tərəfdaşı Vodafone qlobal da daxildir.

Artıq bir sıra yeniliklərə start verilib. Növbəti günlərdə ChatBot və VoiceBot (Apple-ın Siri-yə bənzər məhsulu) kimi süni intellekt əsaslı danışıq assistentlərimiz müştərilərə təqdim ediləcək. Danışıq assistentlərimiz dərin öyrənmə sahəsində LLM və GPT kimi  ən son nailiyyətlərlə təchiz edilmişdir.

Bakcell telefonların satışına başlayır və cihaz ilə birlikdə, yalnız Bakcell kimi bir telekommunikasiya şirkətinin təklif edə biləcəyi və olduqca əlverişli xidmət təkliflərini müştərilərə təqdim edir. Tezliklə Bakcell innovativ və hazırda Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli ev internet xidmətləri təqdim edəcək.

Hər zaman Azərbaycan xalqının yanında olan Bakcell, yenicə elan etdiyi brend kimliyini bugündən başlayaraq bütün ölkə miqyasında, müştəriləri və abunəçiləri ilə qeyd etməyə hazırlaşır. Belə ki, ilk rebrendinq təqdimat tədbiri bu gün, 25 aprel tarixində Bakı Bulvarında baş tutacaq. Tədbirin detalları ilə bağlı məlumat Bakcell şirkətinin sosial media kanallarında paylaşılıb. Növbəti tədbirlər regionlarda davam edəcək.

Şirkət haqqında:  Bakcell 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Az əvvəl Bakcell korporativ müştərilərinə sabit kommunikasiya xidmətləri təklif etməyə başlayıb. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin