B2B bizneslər üçün nəticə verən yanaşmalar
Marketoloq Şahpur İbrahimov Valyuta.az üçün yazır...
B2B sahəsində marketinq, B2C yanaşması ilə fərqlənir.
Çünki B2B-nin məqsədi istehlakçı ilə iş deyil, digər şirkətlə uzunmüddətli münasibətin və daimi əməkdaşlığın qurulmasıdır.
B2B sahəsinin də seçim faktoru 2 amildən ibarətdir. Xidmət və yaxud məhsul təklif edən şirkət digər biznesin nəticələrini optimallaşdırmalıdır. Yəni, xərclərinə qənaət etməli, yaxud gəlirləri artırmalıdır.
Məsələn, reklam agentlikləri müştərilərin satış həcmlərini artırır, İT şirkətləri isə prosesləri optimallaşdıraraq xərclərə qənaət etməyə, riskləri azaltmağa kömək edir.
Bu səbəbdən, B2B sahəsində rəqəmsal marketinq strategiyasının yaradılmasında hər iki amili nəzərə almaq vacibdir.
B2B internet marketinqdə əsas elementlərdən biri məzmun marketinqidir. Buna “kontent marketinq” də deyirlər. Məzmunun əsas məqsədi öz şirkətinin ekspertliyini və bacarıqlarını sübut etməkdir.
- Görülən işlər və nəticələr göstərilməlidir.
- Rəylər, sertifikatlar haqqında məlumat verilməlidir.
- KİV (kütləvi informasiya vasitələri) PR məqalələr dərc etməlidir.
- Məlumatlandırma formatında, yəni seminarların, vebinarların təşkil olunması mütləqdir.
Sosial şəbəkələr B2B-nin internet marketinqdə mühüm rol oynayır. Məsələn, “Linkedin” kimi platformalar biznes auditoriyasına yönəlmiş ideal şəbəkədir.
Lakin, bəzi B2B bizneslərin, biznes sahələrinin hədəf auditoriyası “Linkedin”də ya çox azdır, ya da ümumiyyətlə yoxdur.
Bu səbəbdən B2B sahəsində rəqəmsal marketinq üçün effektiv platformaların seçilməsi mühümdür. Bütün sosial şəbəkələrdə fəaliyyət göstərmək vacib deyil.
Ən uyğun olanlarda, yəni potensial müştərilərin mövcud olduğu sosial şəbəkələrdə kontekt yaratmaq daha məqsədəuyğun dur.
SEO həmçinin B2B internet marketinqinin ayrılmaz hissəsidir.
Saytın axtarış sistemləri üçün optimallaşdırılması biznesə yeni müştərilər gətirə bilər.
Əsas daim marketinq fəaliyyətini analiz etmək və nəticələrini izləmək lazımdır.
Reklam kampaniyalarının nəticələrini, saytda insanların davranışlarını, sosial şəbəkələrdən gələn sorğuları və s. Bütün məlumatlar sistematik analiz olunmalıdır.
Məhz bu kompleks yanaşma B2B bizneslər üçün nəticə verə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay