Xərc nədir?
Ruzanna Bəşirova
Xərclər üzrə maliyyə nəzarətçisi
Xərc dedikdə ağlımıza ilk olaraq pul gəlir, amma zaman və enerjimizi də xərcləyirik. Xərc sadəcə pul deyil, eyni zamanda vaxt və enerjidir. Elə pulun özünü qazanmaq üçün kifayət qədər vaxt və enerji sərf edirik. Sərf etdiyimiz pul, vaxt və enerji nə zaman xərc, nə zaman sərmayə olur?
Biz düşünürük ki, sərf etmişiksə demək ki, xərcdir. Lakin elə deyil. Sərf etdiyimiz istər vaxt, istər, pul, istərsə də enerji təyinatına görə dəyişir. Əgər sərfiyyat bizə fayda olaraq geri dönürsə, bu zaman sərmayə, əks halda isə itki və ya xərc hesab olunur.
Məsələn, pul verib aldığımız portağal bizə C vitamini olaraq faydalı şəkildə geri döndüyü üçün ona sərf etdiyimiz pul sərmayə kateqoriyasına daxil olur. Sağlam vücudumuz üçün sərmayə qoymuş sayılırıq.
Əgər həmin məbləği enerji içkisinə və ya başqa zərərli vərdişə xərcləmiş olsaq, bu isə itki, eyni zamanda da xərc olacaq.
İtki və xərc fərqli anlayışlardır.
İtki sadəcə məbləğin və ya miqdarın özü qədərdir. Xərc isə göründüyündən daha çox ola bilər. İtki özü həm də xərc yarada bilir.
Məsələn, qeyri-sağlam qidaya verilən pul itki, onun yaratdığı fəsadlar isə xərc adlanır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay