BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
45623

Dünya sistemi pul üzərində qurulub. Hər kəs pul qazanmağın müxtəlif yollarını axtarır. Ona görə də çox vaxt yüksək gəlir əldə edə biləcəkləri peşələrə yiyələnirlər. Lakin elə  sahələr də var ki, sizi bir qısa bir zamanda zəngin edə bilər. Valyuta.az sizin üçün dünyanın ən gəlirli sahələrinin siyahısını hazırladı. 

1. Sağlamlıq

Sağlamlıq olmasa, heç nəyin əhəmiyyəti qalmaz. İnsan xoşbəxt həyat sürmək üçün ilk növbədə sağlam olmalıdır. Bu səbəbdən dünya var olduqca səhiyyə sektoru pul qazanmağa davam edəcək. Bu gün qlobal əczaçılıq sənayesinin dəyəri 1 trilyon dollardan çoxdur.

2. Maliyyə

İqtisadi hesabatlara əsasən, maliyyə sektoru müasir tarixdə ən çox milyonçu yetişdirən sahədir. Bu gün dünyanın ən uğurlu sahibkarlarına nəzər saldıqda görərik ki, onlar maliyyə sektoruna arxalanan insanlardır. Üstəlik, maliyyə sektoru bütün qlobal iqtisadiyyatın da təməl daşını təşkil edir. 

3. Texnologiya

Texnologiya yeni nəsil tərəfindən çox sürətlə mənimsənildi. Texnologiyanın təqdim etdiyi imkanlarla minlərlə insan indi evlərini belə tərk etmədən rahatlıqla iş tapmaq imkanı qazanıb. Bu sektor ən çox pul qazanan peşələr arasında özünəməxsus yerini qorumaqda davam edir. 

4. Əmlak

Daşınmaz əmlak qədim zamanlardan bər böyük sərvət mənbəyi olmuşdur. Mənzil insan həyatının ən mühüm tələblərindən biridir. Zənginlərin əksəriyyəti ya daşınmaz əmlak alqı-satqısı vasitəsilə ya da bu sahəyə sərmayə qoymaqla zənginləşmişdir.

5. Qida

Ərzaq hər cür böhranda böyüməyə davam edən sektorlardan biridir. Qida bazarındakı rəqabət qətiyyən gözünüzü qorxutmasın. Qida sənayesinə girən insanlar nə olursa olsun iqtisadi cəhətdən böyüməyi bacarmışlar. Çünki planetimizdə qidalanmağa ehtiyacı olan insan sayı yaxın zamanlarda 9 milyarda çatacaq. 

6. Tekstil

Toxuculuq sənayesi ilə zəngin olan insanlar da az deyil. Geyim də məcburi ehtiyaclarımızdan biridir. Bu səbəbdən yüksək gəlir gətirir. İstehsalçısınızsa və yaxşı satış nöqtəniz varsa, böyük gəlir əldə edə bilərsiniz. 

7. Media

İnternet və TV sənayesini özündə birləşdirən media böyük pullar qazandıran ən yaxşı sahələrdən biridir. İnsanlar həmişə ətraflarında baş verənləri görmək istəyirlər. Bu sektora addım atdığınız zaman zənginliyin qapısını açmış olacaqsınız. .

8. İnvestisiya

İnvestisiya sektoru xüsusilə son illərdə populyarlaşmış sahələrdən biridir.Bir çox insanlar investisiya qoymağa və sərvətlərini ikiqat artırmağa davam edirlər. Paralel olaraq da investisiya şirkətlərini sərvətləıərini sürətlə artırmağa davam edirlər. 

9. Əyləncə

Əyləncə insanlar üçün stressdən qurtulma mənbəyidir. Bu səbəbdən də hər hansı bir əyləncə məkanının öz sahibinə necə böyük pullar qazandırdığı göz qabağındadır. Hətta əyləncə sənayesində çalışan işçilər də yaxşı gəlir əldə edə bilirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bankın bağlanmasının müştərilərə təsiri olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin