BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
44575

“Son bir neçə ildə Azərbaycanda qlobal iri texnologiya şirkətləri tərəfindən rəqabət pozuntularına yol verildiyi müşahidə olunur”. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. Nazirlik rəsmisi bildirib ki, qlobal şirkətlərin bizim qaydalara uyğunluğuna nail olmaq bəzən problemə çevrilir: “Nisbətən kiçik bazarların da öz mürəkkəbliyi var. Təəssüf ki, həmin şirkətlərlə əlaqə qurmaq və onları əməkdaşlığa dəvət etmək öz müsbət nəticəsini verməyib”.

Bəs qlobal şirkətlərlə rəqabətdə yerli şirkətləri qorumaq üçün qızıl ortanı necə tapaq?

Şirkət rəhbəri, marketinq və biznes mütəxəssisi Pərviz Azərelli deyir ki, qlobal şirkətlər arasında hazırda ən çox problem yaradan texnologiya sahəsində ixtisaslaşanlardır: “Onların milyardlarla, trilyonlarla dəyəri var. Dünyanın bir çox ölkələrində kiçik sahibkarlar rəqabətdə bu şirkətlərə uduzurlar. Bu şirkətlər dünyanın bir çox yerlərində müxtəlif filiallar, mərkəzlər açır, daha yaxşı vergi şərtləri təklif edən ölkələrə gedirlər. Həmçinin məhsul və xidmətlər satan beynəlxalq qlobal şirkətlər də uzun illərdir fəaliyyət göstərirlər və istehsal sahəsində xidmət göstərən yerli şirkətlərə problemlər yarada bilirlər”.

Belə nəhəng şirkətlərlə rəqabətdə necə dözümlü olmaq məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, ölkəmizdə uzun illərdir milli iqtisadiyyatın stimullaşdırılması, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasəti aparılır: “Türkiyə də daxil olmaqla, əksər ölkələr dünyada bir sıra ticarət qurumlarının üzvləridir. Bizdə isə MDB ölkələrini çıxsaq, demək olar ki, bazarımız dünyanın əksər ölkələrinə bağlıdır. Uzun illərdir ölkədə yerli şirkətlər dövlət tərəfindən qorunduğu üçün xarici bazarlara müqavimət baxımından onlarda özünümüdafiə formalaşmayıb”. 

Mütəxəssis vurğulayır ki, dövlət bu siyasəti aparmasa idi, ölkə iqtisadiyyatına ciddi zərbə dəyə bilərdi. Çünki ölkəmiz SSRİ dağıldıqdan sonra müharibə, ağrılı-acılı günlərlə üz-üzə qaldı, iqtisadiyyatın tənizmlənməsi uzun dövrü əhatə etdi. 

Mütəxəssis sonda vurğuladı ki, müharibə dövrü keçən, kifayət qədər çətinliklərlə üzləşən ölkə olmağımıza baxmayaraq, hökumət tərəfindən infrastruktur layihələri həyata keçirilir, müəyyən innovativ addımlar atılır, sosial müdafiənin gücləndirilməsi ilə bağlı ciddi işlər görülür: “Növbəti mərhələ mənə görə açıq iqtisadi siyasət olmalıdır. Dövlət tərəfindən müdafiə olunmaq normaldır, xüsusilə kənd təsərrüfatı sahəsində  vacibdir. Amma şaxələnmək istəyiriksə, açıq iqtisadi siyasət aparmaqla gələcəyimizi qura bilərik. Düzdür, belə olsa çox şirkət bağlanacaq, rəqabətə davam gətirə bilməyəcək, amma yeni şirkətlər yaranacaq. Hazırkı iqtisadi siyasətlə texnoloji inkişafdan geri qalacağıq. Ölkənin bu istiqamətdə inkişafı çox vacibdir”. 

Məlumat üçün bildirək ki,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) startap bazarının genişlənməsi üçün bir sıra addımlar atır. Əgər yerli şirkətlər qlobal bazara uduzursa, nazirlik bu vəziyyətdən çıxış yolunu nədə görür?

“Kaspi” qəzetinə açıqlama verən İRİA-nın innovasiya ekosistemi departamentinin baş layihə meneceri Camal Ağayev hazırda dünyada da müşahidə olunan mövcud duruma uyğunlaşmaq üçün həm dövlət dəstəyi, həm də startapların etməli olduqları işlərdən danışıb. Dövlət rəsmisinin sözlərinə görə, kiçik startapları qorumaq üçün əsas məsələlərdən biri güclü qanunvericilik və rəqabət pozuntularına yol verəcək satınalmaların olmasının qarşısını almaqdır: “Qlobal iri texnologiya şirkətləri çox vaxt kiçik startapları satın alaraq fəaliyyətinə son verir və bazarda rəqabətliliklərini qorumağa çalışırlar. “Meta”, “Microsoft”, “Google”, “Amazon” bunlara misaldır. Məsələn, “Google” yarandığı gündən 200-ə yaxın startapı satın alıb. Böyük şirkətləri kiçik startaplardan fərqləndirən əsas iki məqam insan kapitalı və maliyyədir. Təəssüf ki, startapların bu iki resursa əlçatanlığı çətindir. Hazırda dövlət tərəfindən maliyyə əlçatanlığının təmini məqsədilə eyniləşdirmə fondlarının, vençur fondlarının, biznes mələk investor klublarının yaradılması və fəaliyyəti dəstəklənir. Eynilə, yerli investorlar, mentorların yetişdirilməsi üzrə təlimlər və proqramlar həyata keçirilir. Eyni zamanda, ölkədə texnologiya sahəsində fəaliyyət göstərəcək yüksək keyfiyyətli insan kapitalının yetişdirilməsi məqsədilə “Technest”, “Technion”, “Holberthon School” və digər önəmli proqramlar keçirilir. Bunlar startapların daha güclü struktura malik olmağını təmin etməyə və onların rəqabətədavamlı olmasına kömək edir”.

Qurum rəsmisi bildirir ki, kiçik bazarlardakı startapların böyük şirkətlər ilə mübarizə aparmasına daha bir əngəl onların çox dar bazara xidmət etməsi və qlobal bazara daxil ola bilməməsidir: “İRİA-nın təşəbbüsü ilə həyata keçirilən və startapların xarici innovasiya tədbirlərinə deleqasiyasını özündə ehtiva edən “Roadshow” proqramı yerli startapın xarici bazara açılması, xarici potensial tərəfdaşlar və investorlar ilə ilkin tanışlıq əldə etməsini təmin edir. Yerli startaplar eyni zamanda böyük qlobal şirkətlərin edə bilmədiyi “pivot” qabiliyyətinə malikdir. Müştərinin ehtiyacı daxilində kiçik şirkətlər öz dəyər təkliflərini qısa müddətdə dəyişə və daha effektiv hala gətirə bilərlər. Xüsusilə müştəri məmnuniyyətini təmin etməkdə kiçik startapların əhəmiyyətli dərəcədə şansı vardır. Startapların yerli bazarda rəqabətdə güclənməsi üçün, yerli bazarda fəaliyyət göstərən böyük şirkətlərin innovasiya ekosisteminə və startaplara birbaşa dəstək göstərməsinə, investisiya axınını təmin etməsinə, tərəfdaşlıq və böyümə dəstəyi verməsinə şərait yaradılır. Özəl-dövlət tərəfdaşlığının bir missiyası olaraq transmilli şirkətlərin Azərbaycanda startaplar üçün tədqiqat laboratoriyaları açmasına, universitetlərdə tədqiqat mərkəzlərinin təsis edilməsinə İRİA tərəfindən təşviq və şərait yaradılır”.

Mütəxəssis sonda vurğuladı ki, İRİA hazırda bu sahədə güclü qanunvericiliyin hazırlanması üzrə əsas məsul qurumdur və layihə üzərində işlərin böyük bir hissəsi yekunlaşıb: “Yaxın zamanda qanunun qəbulu gözlənilir. Eyni zamanda, müəyyən vergi güzəştləri də müzakirə oluna bilər. Misal olaraq, investorlar startaplara investisiyadan əldə edəcəkləri gəlirə görə müəyyən güzəştlər ilə təmin oluna bilərlər. Və ya startaplar edilən investisiyalardan gəlir vergisi verməyə bilərlər. Digər bir məqam isə ümumi startap keyfiyyətinin artırılmasıdır. Ancaq keyfiyyətli startapların mövcudluğu yerli və xarici investorları daha çox investisiya etməyə cəlb edə bilər. Bunun üçün isə yerli startapların inkişafına töhfə verən proqram və tədbirlərin sayı və keyfiyyəti artırılmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Noyabrda Bakıda toylar keçirilməyəcək? (VİDEO)

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin