Aqrar
30.11.2023 / 13:34
Aqrar kreditlərin faizinin bir hissəsi subsidiyalaşdırılacaq
37587
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin banklardan aldığı kreditlərin faizlərinin bir hissəsinin subsidiyalaşdırılması üçün layihə hazırlayır.
Valyuta.azxəbər verir ki, bunu Agentliyin şöbə müdiri Rövşən Məmmədli Bakıda keçirilən "Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı" mövzusunda tədbirdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, fermerlər girov təminatından çox dövlət zəmanəti ilə kredit əldə edə bilərlər.
"Əgər kreditin 50 %-nə dövlət zəmanət versə, fermerin girov qoymasına ehtiyac olmaya bilər", - deyə nazirlik rəsmisi qeyd edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay