Yeni ildə bayram süfrəsi açmaq neçəyə başa gələcək?

Redaktor

25.12.2025 12:23
184

Yeni ildə bayram süfrəsi açmaq neçəyə başa gələcək? - Araşdırma

Bayram günləri ərəfəsində bazar və marketlərdə əsas ərzaq məhsullarının qiymətləri ailə büdcəsinə ciddi təsir göstərir. Bayram süfrəsinin tərkibi isə hər ailənin zövqünə görə dəyişdiyi üçün dəqiq məbləğ göstərmək çətin olur. Bununla belə, ümumi hesabla bayram süfrəsi üçün nə qədər xərc çıxa biləcəyini təxmin etmək mümkündür. 

Valyuta.az bayram süfrəsi üçün ən çox alınan məhsulların orta qiymətlərini araşdırıb.

Əsas ərzaq məhsulları

Bayram süfrəsinin təməlində duran gündəlik məhsullar üzrə qiymətlər belədir:

Ağ yumurta (1 ədəd) – 17 qəpik
Basmati düyüsü (2 kq) – 8,80-9,00 manat
Mayonez (460–500 ml) – 4,00–5,50 manat
Şəkər tozu (800 q) – 1,80–1,90 manat
Lavaş (10 ədəd) – 0,80 manat
Yaşıl noxud (700 q) – 3,50–4,00 manat
Kərə yağı (1 kq) – təxminən 24 manat 

Meyvə və tərəvəz qiymətləri

Bayram süfrəsini rəngləndirən meyvə-tərəvəz məhsulları isə aşağıdakı aralıqda satılır:

Banan (1 kq) – 2,50 manat
Kartof (1 kq) – 0,90–1,20 manat
Soğan (1 kq) – təxminən 0,50 manat
Nar (1 kq) – 3,00–4,00 manat
Üzüm (1 kq) – 2,00–3,00 manat
Kələm (1 kq) – orta hesabla 0,65 manat

Qazlı içkilər (1,2l ) – 2,20-2,50 manat, Təbii şirələr - 2- 3 manat arası dəyişir

Quru meyvə və çərəzlər

Bayram süfrəsinin ənənəvi və zəruri hissəsi olan çərəzlər də (qabıqlı) büdcəyə təsirsiz ötüşmür:

Qoz (1 kq) – 9–10 manat
Fındıq (1 kq) – 9–10 manat
Şabalıd (1 kq) – 9–10 manat

Ət və toyuq məhsulları

Ət məhsullarının bayram dövründə qiymətləri ən çox hiss edilən xərclərdən biridir:

Mal əti (1 kq) – təxminən 22 manat
Kənd toyuğu (1 kq) – 8–12 manat
Hinduşka əti (1 kq) – 18–22 manat

Beləliklə ailənin bayramqabağı orta xərci nə qədər edir?

Aparılan təxmini hesablamalara əsasən, orta statistik ailənin yalnız əsas ərzaqlardan ibarət bayram səbəti 180-250 manat aralığında dəyişir. Menyuya əlavə məhsullar, desertlər və içkilər daxil edildikdə bu məbləğ daha da yüksələ bilər. 

Qeyd edək ki, yuxarıda göstərilən ərzaq qiymətləri məhsulun növünə, çəkisinə görə dəyişə bilir. 

Bayramınız mübarək!

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT

25.12.2025

Ən ucuz 10 idman avtomobili seçildi

25.12.2025

Qızıl 2026-cı ildə də parıldamağa davam edəcək - Analitiklər hədəfi açıqladı

25.12.2025

Suriya yeni pul vahidini dövriyyəyə buraxır

25.12.2025

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - Fotolar

25.12.2025

Salyan heyvan bazarı yenidən qurulub

25.12.2025

Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

25.12.2025

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

25.12.2025

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

25.12.2025

Tez-tez sıradan çıxan 10 avtomobil açıqladı - SİYAHI

25.12.2025

"Google" ilk dəfə istifadəçilərə "Gmail" ünvanını dəyişməyə icazə verəcək

25.12.2025

"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

25.12.2025

Əczaçılıq sənayesindəki müəssisələrə 265 milyon investisiya qoyulub

25.12.2025

2026-cı ildə hansı kommunal xidmətlər bahalaşacaq?

25.12.2025

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi tarix açıqlandı

25.12.2025

Milyonlarla telefon 6 gün sonra işləməyəcək

25.12.2025

Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

25.12.2025

Kriptovalyuta üçün 2025-ci il hesabatı: 2,7 milyard dollar buxarlandı

25.12.2025

Yanvarın 1-də avtobuslar saat 01:30-dək fəaliyyət göstərəcək

25.12.2025

Bu idmançılar və idman mütəxəssisləri təltif edildi -SİYAHI

25.12.2025

Məzənnə

Yüklənir...