Redaktor
Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar
Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı ilə bağlı lisenziya blanklarının yeni formaları təsdiqlənib.
Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya”, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya” və “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya” blanklarının formaları təsdiq edilib.
Sənədə görə, yeni blank formaları hökumətin “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın, həmçinin lisenziya, ümumi lisenziya və xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında 5 avqust 2016-cı il tarixli qərarına əlavə olunub.
Qərarın icrası ilə bağlı müvafiq qurumlar tərəfindən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı il üçün Avropada ən ucuz 10 şəhər tətili məkanı açıqlandı
17.12.2025
Süni intellekt inqilab vəd edirdi, amma...
17.12.2025Sabah hava yağmursuz olacaq
17.12.2025Kibertəhlükəsizlik reytinqi: Al hücumları və NFC təhdidləri daha aktivləşir
17.12.2025