Redaktor
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq - QİYMƏTLƏR
29 yanvar 2026-cı il tarixində yer təkinin istifadəyə verilməsi məqsədilə auksion formasında hərrac keçiriləcək.
Valyuta.az xəbər verir ki, hərracda Sumqayıt, Göyçay, Ağsu, Ağdam və İmişli rayonlarında yerləşən müxtəlif faydalı qazıntı yataqları üzrə lotlar satışa çıxarılacaq.
İştirakçılar hərracda iştirak üçün yazılı ərizə ilə birlikdə tələb olunan sənədləri 22 yanvar 2026-cı il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.
Qeyd edək ki, iştirak haqqı faydalı qazıntının ehtiyat həcminə uyğun olaraq müəyyən edilir. Ehtiyat həcmi 200 min kubmetrə qədər olduqda 540 manat, 200 mindən 500 minə qədər olduqda 810 manat, 500 min kubmetrdən yuxarı olduqda isə 1080 manat təşkil edir.
| Yatağın adı | Həcmi (m3) | Sahə (ha) | Başlanğıc qiymət (manat) | Beh məbləği (manat) |
|---|---|---|---|---|
| Sumqayıt | 231,300 | 2.57 | 23,130 | 2,313 |
| Göyçay | 45,000 | 3.00 | 4,500 | 450 |
| Ağsuçay | 90,000 | 6.00 | 9,000 | 900 |
| Şelli (Ağdam) | 300,000 | 3.00 | 60,000 | 6,000 |
| Burundağ | 160,000 | 2.00 | 32,000 | 3,200 |
| Bəhrəmtəpə II | 218,000 | 10.9 | 21,800 | 2,180 |
| 17.12.2025 |
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı il üçün Avropada ən ucuz 10 şəhər tətili məkanı açıqlandı
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.2025
Süni intellekt inqilab vəd edirdi, amma...
17.12.2025Sabah hava yağmursuz olacaq
17.12.2025Kibertəhlükəsizlik reytinqi: Al hücumları və NFC təhdidləri daha aktivləşir
17.12.2025