Brend öz auditoriyasını necə seçməlidir?

Redaktor

17.12.2025 11:55
80

Brend öz auditoriyasını necə seçməlidir?

Brend üçün uğurun açarı təkcə yaxşı məhsul və ya xidmət deyil. Əsas məsələ odur ki, bu məhsul kimin üçün yaradılıb. Çünki hər kəsə xitab etməyə çalışan brendlər, əslində, heç kim üçün yaddaqalan olmur. Güclü brendlər isə öz auditoriyasını dəqiq tanıyır, onun ehtiyaclarını anlayır və mesajını birbaşa ona yönəldir. 

Bəs brend üçün “öz auditoriyası”nı necə düzgün seçə bilər?

Marketoloq Samir Mehdiyev Valyuta.az-a açıqlamasında bildirir ki, brend strategiyasının uğurlu olub-olmaması birbaşa düzgün hədəf auditoriyanın seçilməsindən asılıdır: “Təcrübəmdə dəfələrlə müşahidə etmişəm ki, güclü məhsula və ya xidmətə sahib olan brendlər belə auditoriyanı düzgün müəyyən etmədikdə bazarda istədikləri nəticəni əldə edə bilmirlər. Mənim fikrimcə, hədəf auditoriya seçimi brendin özünü tanıması ilə başlayır. Brend hansı problemi həll etdiyini, bazarda hansı boşluğu doldurduğunu və istehlakçıya hansı dəyəri təqdim etdiyini dəqiq bilməlidir. Bu mərhələ olmadan aparılan auditoriya seçimi əsasən təsadüfi olur və uzunmüddətli strategiya yaratmağa imkan vermir. Əlbəttə ki, demoqrafik göstəricilər auditoriyanın ilkin çərçivəsini formalaşdırır. Yaş, cins, gəlir səviyyəsi və coğrafi amillər brendin kimə xitab etdiyini müəyyən etməyə kömək edir. Lakin müasir marketinq reallığında bu məlumatlar kifayət etmir. İnsanların qərarları yalnız rasional deyil, eyni zamanda emosional əsaslara söykənir. Bu səbəbdən auditoriyanın dəyərləri, həyat tərzi, maraqları və motivasiyası kimi psixoqrafik faktorlar xüsusi önəm daşıyır”.

“Bununla yanaşı, davranış əsaslı analiz də diqqətdən kənarda qalmamalıdır. Müştərinin alış vərdişləri, qiymətə həssaslığı, endirim və kampaniyalara reaksiyası, həmçinin hansı platformalarda daha aktiv olması brend üçün vacib göstəricilərdir. Bu cür analizlər real dataya əsaslandığı üçün daha dəqiq və ölçülə bilən nəticələr təqdim edir. Praktikada rast gəlinən əsas problemlərdən biri brendlərin “hamıya xitab etmək” istəməsidir. Halbuki bu yanaşma brend mesajının zəifləməsinə və kommunikasiya dilinin qeyri-müəyyən olmasına səbəb olur. Fokuslanmış auditoriya seçimi brendə daha güclü mövqelənmə və daha effektiv kommunikasiya imkanı yaradır. Eyni zamanda qeyd etməliyəm ki, hədəf auditoriya seçimi birdəfəlik proses deyil. Bazar dinamikdir, istehlakçı davranışları dəyişir və brendlər bu dəyişikliklərə uyğunlaşmalıdır. Davamlı testlər, ölçmələr və strategiyanın yenilənməsi brendin bazarda aktual qalmasını təmin edir. Nəticə olaraq düşünürəm ki, hədəf auditoriyanı düzgün seçən brendlər yalnız satışlarını artırmır, eyni zamanda istehlakçı ilə daha güclü və uzunmüddətli əlaqə qururlar. Bu da brendin etibarlılığını və bazardakı mövqeyini möhkəmləndirən əsas amillərdən biridir”- deyə S.Mehdiyev qeyd edir.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı

17.12.2025

2026-cı il üçün Avropada ən ucuz 10 şəhər tətili məkanı açıqlandı

17.12.2025
Süni intellekt inqilab vəd edirdi, amma...

Süni intellekt inqilab vəd edirdi, amma...

17.12.2025

Sabah hava yağmursuz olacaq

17.12.2025

Kibertəhlükəsizlik reytinqi: Al hücumları və NFC təhdidləri daha aktivləşir

17.12.2025
Ən çox elektromobili hansı ölkələrdən, neçəyə alırıq?

Ən çox elektromobili hansı ölkələrdən, neçəyə alırıq? - CƏDVƏL

17.12.2025

Üç BOKT-un vəzifəli şəxsləri cərimələnib

17.12.2025

"eSIM" əsaslı rabitə şirkəti 12 milyon dollar investisiya alıb

17.12.2025

Bayram süfrələri üçün lüks ərzaqlar

17.12.2025

Nəqliyyat vasitələrinin gətirilməsi üçün çəkilən xərclər artıb

17.12.2025

Bu regionda 4 məktəb binası yenidən tikiləcək - RƏSMİ

17.12.2025

Brend öz auditoriyasını necə seçməlidir?

17.12.2025

Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir ®

17.12.2025

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

17.12.2025

"Warner Bros" 108 milyard dollarlıq təklifi rədd etməyə hazırlaşır

17.12.2025

"Fed" sədri postu uğrunda yarış qızışır: Trampa yaxın yeni ad ortaya çıxdı

17.12.2025

Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar

17.12.2025

Hesabat yalnız vergi üçün lazımdır?

17.12.2025

Magistral kanalların yenidən qurulmasına 46 milyon manat ayrılıb

17.12.2025

6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq - QİYMƏTLƏR

17.12.2025

Məzənnə

Yüklənir...