Redaktor
"eSIM" əsaslı rabitə şirkəti 12 milyon dollar investisiya alıb
ABŞ-da yerləşən və əsası Türkiyədə qoyulmuş eSIM texnologiyası əsasında fəaliyyət göstərən bağlantı platforması “Roamless”, “Rasmal Ventures” investisiya şirkətinin rəhbərliyi ilə həyata keçirilən A seriyası investisiya turunda 12 milyon dollar maliyyə dəstəyi alıb.
Valyuta.az xəbər verir ki, bu son maliyyələşmə ilə şirkətin indiyədək cəlb etdiyi ümumi investisiya məbləği 18 milyon dollara çatıb.
“Roamless” 2024-cü ildə 6 milyon dollarlıq ilkin (tohum) investisiya raundunu uğurla başa vurmuşdu. Şirkət 2023-cü ildə Emre Demirel, Ali Gazioğlu, Asım Alp, Selim Aykut, Çağdaş Yaltı və Cengiz Öztelcan tərəfindən təsis edilib. “Roamless” vahid eSIM texnologiyası üzərindən çoxsaylı ölkədə fəaliyyət göstərən transsərhəd mobil bağlantı platforması təklif edir. Platforma istifadəçilərə fiziki SIM kartı dəyişmədən müxtəlif ölkələrdə rabitə əlaqəsini saxlamağa imkan verir.
“Roamless” hazırda 200-dən çox ölkədə keçərli olan vahid qlobal eSIM modeli ilə istifadə həcminə əsaslanan ödəniş və səyahət yönümlü rabitə paketləri təqdim edir.
Yeni investisiya ilə şirkət şəbəkə əhatə dairəsini genişləndirməyi, qlobal marketinq və müştəri dəstəyi əməliyyatlarını böyütməyi, eləcə də korporativ əməkdaşlıqları dərinləşdirməyi planlaşdırır.
Bundan əlavə, “Roamless” aviaşirkətlər, hava limanları, onlayn səyahət platformaları, maliyyə qurumları və super tətbiqlər üçün rabitə xidmətlərini inteqrasiya edə biləcək B2B həllər və API-lər inkişaf etdirməyi də planlaşdırır. Şirkət həmçinin şəbəkə keyfiyyətini artırmaq, xərcləri azaltmaq və istifadəçilərə daha uyğun təkliflər təqdim etmək məqsədilə süni intellekt əsaslı funksiyalar üzərində işlədiyini bildirib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSiqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha iki nəfər hava limanında həbs edildi
17.12.2025Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib
17.12.2025Bu il Azərbaycanda 1400-dən çox xarici şirkət dövlət qeydiyyatından keçib
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.20252026-cı il üçün Avropada ən ucuz 10 şəhər tətili məkanı açıqlandı
17.12.2025
Süni intellekt inqilab vəd edirdi, amma...
17.12.2025Sabah hava yağmursuz olacaq
17.12.2025Kibertəhlükəsizlik reytinqi: Al hücumları və NFC təhdidləri daha aktivləşir
17.12.2025