Redaktor
Uorren Baffettin CEO kimi son ilindən 6 əsas məqam
2025-ci il dünya maliyyə tarixində xüsusi yer aldı. Bu il əfsanəvi investor Uorren Baffett “Berkshire Hathaway” şirkətinin baş icraçı direktoru (CEO) kimi son ilini keçirdiyini açıqladı. Altı onillik ərzində iflas həddində olan bir tekstil fabrikini 1 trilyon dollardan çox dəyəri olan nəhəng konqlomerata çevirən Baffett üçün bu il həm simvolik, həm də tarixi oldu.
İl ərzində o, iki məşhur səhmdar məktubu qələmə aldı, sosial mediada viral oldu, “Berkshire Hathaway”in nağd ehtiyatlarını rekord səviyyəyə qaldırdı, “Alphabet” şirkətinə sərmayə yatırdı və korporativ idarəetmədə son onilliklərin ən böyük dəyişikliklərini həyata keçirdi.
1. “Pulu ağılla xərcləyin”
Fevral ayında dərc olunan illik səhmdar məktubunda Uorren Baffett dolayısı ilə vəzifəsindən ayrılacağına işarə etdi və varislərini ön plana çıxardı.
O, “Berkshire Hathaway”in qeyri-sığorta biznesinə rəhbərlik edən və gələcək CEO kimi seçdiyi Qreq Abeli dürüstlüyü və qətiyyəti ilə xüsusi vurğuladı. Eyni zamanda “Geico” şirkətinin baş icraçı direktoru Todd Kombzun rəhbərliyi altında sığorta nəhənginin 2022-ci ildəki 1,9 milyard dollarlıq zərərdən, 2024-cü ildə 7,8 milyard dollarlıq mənfəətə çıxmasını “möhtəşəm dönüş” adlandırdı.
Baffett qeyd etdi ki, onun rəhbərliyi dövründə “Berkshire Hathaway”in ödədiyi gəlir vergisi sıfırdan 2024-cü ildə 27 milyard dollara yüksəlib ki, bu da ABŞ tarixində bir şirkət üçün rekord göstəricidir. O, hökuməti bu vəsaitləri sosial ədalət və yoxsulluqla mübarizə istiqamətində “ağılla xərcləməyə” çağırdı.
2. Sosial mediada viral effekt
2025-ci ilin mart ayında bazarlarda baş verən korreksiya zamanı Uorren Baffett yenidən gündəmin mərkəzinə çevrildi. Onun əvvəlcədən “Apple” və “Bank of America” kimi əsas mövqeləri azaltması və böyük həcmdə nağd vəsait toplaması uzaqgörən strategiya kimi qiymətləndirildi.
Sosial şəbəkələrdə Baffettin məşhur “Başqaları qorxanda acgöz olun” ifadəsi minlərlə dəfə paylaşıldı, investorlar onu böhranın “sakit qalibi” kimi təqdim etdilər. Martın sonuna “Berkshire Hathaway” səhmləri ilin əvvəlindən 16% artdığı halda, “S&P 500” indeksi 2% geriləmişdi.
3. İlin ən səs-küylü açıqlaması
May ayında Omaha şəhərində keçirilən illik səhmdar toplantısı tarixə düşdü. On minlərlə investorun qarşısında çıxış edən Uorren Baffett sual-cavab sessiyasının sonunda gözlənilməz açıqlama verdi:
“Vaxt çatıb. İlin sonunda baş icraçı direktor vəzifəsini Qreq Abelə təhvil verəcəyəm.”
Baffett bildirdi ki, şirkətdə qalacaq, lakin bütün əməliyyat və investisiya qərarlarında son söz Qreq Abelə məxsus olacaq. Açıqlama salonu ayağa qaldıran uzun sürən alqışlarla qarşılandı.
4. Vida məktubu və xeyriyyəçilik mesajı
Noyabr ayında yayımlanan Şükranlıq Günü məktubunda Uorren Baffett həm doğma Omaha şəhərinə, həm də həyat yoluna minnətdarlığını ifadə etdi. O, ailəsinə məxsus fondlara ümumilikdə 1,4 milyard dollar dəyərində “Berkshire Hathaway” səhmləri bağışladı və xeyriyyə fəaliyyətlərini sürətləndirəcəyini açıqladı.
Baffett vurğuladı ki, məqsədi sərvətinin demək olar ki, tamamının cəmiyyətə qaytarılmasıdır. O, Qreq Abeli “insanların əmanətlərini etibar edilə biləcək ən doğru lider” adlandırdı və xeyirxahlığın əhəmiyyətini xüsusi qeyd etdi:
“Xeyirxahlıq pulsuzdur, amma dəyəri ölçüyəgəlməzdir.”
5. Rekord nağd ehtiyat və səhm strategiyası
2025-ci ildə səhmlərin rekord səviyyələrə yüksəlməsi fonunda “Berkshire Hathaway” cəlbedici investisiya fürsətləri tapmaqda çətinlik çəkdi. Şirkət ilin ilk doqquz ayında 11 milyard dollar dəyərində xalis səhm satışı həyata keçirdi və ardıcıl 12 rüb ərzində satıcı mövqedə qaldı.
Nəticədə sentyabrın sonuna şirkətin nağd ehtiyatları 358 milyard dollara çatdı. Portfeldə “Apple” və “Bank of America” payları azaldıldı, “Citigroup”dan çıxıldı, “Occidental Petroleum” mövqeyi gücləndirildi. Ən diqqətçəkən addım isə “Alphabet” şirkətində 4,3 milyard dollarlıq yeni payın alınması oldu.
6. “Berkshire Hathaway”də yeni dövr
Uorren Baffettin gedişi ilə paralel olaraq “Berkshire Hathaway”də ciddi struktur dəyişiklikləri baş verdi. Todd Kombz şirkətdən ayrılaraq “JPMorgan”da yeni investisiya bölməsinə rəhbərlik etməyə başladı və CEO Ceymi Daymona məsləhətçi oldu.
Şirkət tarixində ilk dəfə baş hüquq məsləhətçisi təyin edildi, maliyyə direktoru Mark Hamburgun 2027-ci ildə təqaüdə çıxacağı açıqlandı. Bundan əlavə, Qreq Abel 30-dan çox biznesin idarəçiliyini yeni vəzifə üzrə “NetJets”in rəhbəri Adam Consona həvalə etdi.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellekt Avropa banklarında 200 min iş yerini risk altına salır
03.01.2026Tətildən sonra işə necə asan adaptasiya olmaq olar? - 12 üsul - SƏHƏR OXUSU
03.01.2026"Apple" 2026-cı il üçün "iPhone 18" istehsal etməyəcək
02.01.2026Hər birinin dəyəri 200 milyon avrodur
02.01.2026Keçmiş prezidentin həbs müddəti uzadıldı
02.01.2026Azərbaycanın Pakistana 2 milyardlıq sərmayə qoyması müzakirə edilib
02.01.2026Azərbaycan bu göstəriciyə görə dünyada 41-ci pillədədir
02.01.2026"iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı
02.01.2026Bayram günlərində kartlardan oğurluq halları artır - DİN
02.01.2026Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb
02.01.2026Çin şirkətləri süni intellekt mütəxəssisləri üçün rekord maaşlar verməyə hazırdırlar
02.01.2026Pentaqon "Tomahawk" sifarişlərini xeyli artırıb
02.01.2026Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?
02.01.20262026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq?
02.01.2026Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
02.01.2026“Azəriqaz”dan smart kartlarda yaranan problemlə bağlı açıqlama - YENİLƏNİB
02.01.2026