Redaktor
Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?
Yanvarın 1-dən smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı müəyyən çətinliklər yaşanır.
Valyuta.az xəbər verir ki, Oxu.Az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, hazırda bütün ödəniş terminallarında karta vəsait yüklədikdə məbləğ balansda əksini tapmır.
Həmçinin terminalda "smart-kartın bərpası" funksiyası aktivləşdirildikdə ödənişin balansa köçürüldüyü barədə bildiriş verilsə də, həmin məbləği sayğaca yükləmək mümkün olmur.

Mövzu ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda karta yüklənən məbləğlərin sistemə ötürülməsində problem yaşanır.
Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, şəbəkə kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib:

"Hazırda sistemdə müvəqqəti problem yaşanır. Köçürülən məbləğləri sayğaca yükləmək mümkün deyil. Problem qısa müddətdə həllini tapacaq və sistem düzəldikdə yüklənən məbləğlərin hər biri bərpa olunacaq. Yüklənən məbləğlərin itirilməsindən söhbət gedə bilməz".
Xatırladaq ki, ötən gün də sakinlər sözügedən problemlə qarşılaşdıqlarını bildirmişdilər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" 2026-cı il üçün "iPhone 18" istehsal etməyəcək
02.01.2026Hər birinin dəyəri 200 milyon avrodur
02.01.2026Keçmiş prezidentin həbs müddəti uzadıldı
02.01.2026Azərbaycanın Pakistana 2 milyardlıq sərmayə qoyması müzakirə edilib
02.01.2026Azərbaycan bu göstəriciyə görə dünyada 41-ci pillədədir
02.01.2026"iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı
02.01.2026Bayram günlərində kartlardan oğurluq halları artır - DİN
02.01.2026Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb
02.01.2026Çin şirkətləri süni intellekt mütəxəssisləri üçün rekord maaşlar verməyə hazırdırlar
02.01.2026Pentaqon "Tomahawk" sifarişlərini xeyli artırıb
02.01.2026Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?
02.01.20262026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq?
02.01.2026Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
02.01.2026“Azəriqaz”dan smart kartlarda yaranan problemlə bağlı açıqlama - YENİLƏNİB
02.01.2026