Redaktor
“The Financial Times”: İran silah alışı üçün kriptovalyuta ilə ödəniş təklif edir
İran xarici hökumətlərə ballistik raketlər, pilotsuz uçuş aparatları (PUA) və hərbi gəmilər də daxil olmaqla, qabaqcıl silah sistemlərini kriptovalyuta ilə almağı təklif edir. Tehran bu rəqəmsal aktivlərdən istifadə etməklə, Qərbin maliyyə məhdudiyyətlərindən yan keçməyə çalışır.
Bu barədə “The Financial Times” qəzetinin məqaləsində deyilir.
Qeyd olunur ki, İran Müdafiə Nazirliyinin “Mindex” kimi tanınan İxrac Əməliyyatları Mərkəzi ödənişi rəqəmsal valyutalarla, həmçinin barter sövdələşmələri və İran rialı ilə nəzərdə tutan hərbi müqavilələri müzakirə etməyə hazır olduğunu bəyan edir. Nəşrin təhlil etdiyi reklam materialları və ödəniş şərtləri bunu sübut edir.
Son bir il ərzində ortaya çıxan bu təklif, görünür, bir dövlətin strateji hərbi texnika ixracı üçün ödəniş qismində kriptovalyuta qəbul etməyə hazır olduğunu açıq şəkildə bəyan etdiyi ilk məlum hallardan biridir.
İranın müdafiə məhsullarının xarici satışına cavabdeh olan dövlət qurumu – “Mindex”in 35 ölkə ilə əməkdaşlıq etdiyini iddia olunur və tərkibinə “Emad” ballistik raketləri, “Shahed” dronları, “Şəhid Süleymani” sinfinə məxsus hərbi gəmilər və qısamənzilli hava hücumundan müdafiə (HHM) sistemləri daxil olan silah kataloqunu reklam edir.
©Report.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" 2026-cı il üçün "iPhone 18" istehsal etməyəcək
02.01.2026Hər birinin dəyəri 200 milyon avrodur
02.01.2026Keçmiş prezidentin həbs müddəti uzadıldı
02.01.2026Azərbaycanın Pakistana 2 milyardlıq sərmayə qoyması müzakirə edilib
02.01.2026Azərbaycan bu göstəriciyə görə dünyada 41-ci pillədədir
02.01.2026"iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı
02.01.2026Bayram günlərində kartlardan oğurluq halları artır - DİN
02.01.2026Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb
02.01.2026Çin şirkətləri süni intellekt mütəxəssisləri üçün rekord maaşlar verməyə hazırdırlar
02.01.2026Pentaqon "Tomahawk" sifarişlərini xeyli artırıb
02.01.2026Qaz sayğacları ilə bağlı problem davam edir - Yüklənən məbləğlər bərpa olunacaq?
02.01.20262026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq?
02.01.2026Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
02.01.2026“Azəriqaz”dan smart kartlarda yaranan problemlə bağlı açıqlama - YENİLƏNİB
02.01.2026