Rusiyalı sahibkar Putinə “pirojki” göndərdi

Redaktor

21.12.2025 23:50
82

Rusiyalı sahibkar Putinə “pirojki” göndərdi - Video

Lyubertsı vilayətindəki “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov Rusiya Prezidenti Vladimir Putinə “birbaşa xətt” proqramından sonra maraqlı hədiyyə yollayıb.

Valyuta.az “Qafqazinfo" ya istinadən xəbər verir ki, o, Putinə vitrin məhsullarını-“pirojki” və digər bişmiş məmulatlar göndərib.

Maksimov bildirib ki, həmin gün prezident üçün xüsusi məhsul bişirməyə vaxt olmayıb.

Ona görə çörəkxanada vitrin məhsulları seçilib - kələmli, kartoflu, soğanlı və yumurtalı “pirojki”, təzə çiyələk və albalı ilə hazırlanmış qat-qat və pendirli piroqlar:  

“Bu, bizim çörəkxanamız üçün böyük bir şərəfdir”.

O qeyd edib ki “Birbaşa xətt” proqramı saat 13:00-da başlayıb və bir neçə saat sonra prezidentə bişmiş məhsullar göndərilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...